Xəbər lenti

"Qalatasaray" kuboku qazandı - VİDEO
İdman20:45 26.05.2016

"Qalatasaray" kuboku qazandı - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyə Kubokunun qalibi müəyyənləşib. Qaynarinfo.az xəbər verir ki, Antalyada keçirilən final qarşılaşmasında "Qalatasaray"la "Fənərbaxça" qarşılaşıb.
Oyun "Qalatasaray"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçın yeganə qoluna 31-ci dəqiqədə Lukas Podolski imza atıb. 
Beləliklə, "Qalatasaray" UEFA tərəfindən kəsilmiş bir mövsümlük avrokuboklarda iştirak qadağasını başa vurmuş olub. 2016/17 mövsümündə Avropaya gedə bilməyəcək klub cəzasını çəkmiş olacaq.
Qeyd edək ki, "Qalatasaray" tarixində 17-ci dəfə Türkiyə Kubokunu qazanıb. Bu, turnirin tarixində rekord göstəricidi.
Qaynarinfo.az