
Ötən həftəki son ucuzlaşmadan sonra “qara bazar”da dolların məzənnəsi dəyişməyib.
Fins.az-ın fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyi məlumatlara əsasən, səhər saatlarında dolların alışı 1.7300-1.7400 manata, satışı isə 1.7500 manat olaraq qalıb.
Qeyd edək ki, son 10 gündə “qara bazar”da dollar 1.7500 -1.7600 manata alınıb, 1.7700 manata satılırdı. Xatırladaq ki, son valyuta hərracında dollara tələbatın aşağı olması banklarla yanaşı, “qara bazar”da da dolların ucuzlaşmasına səbəb olub.
Qaynar.Az