
"Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması Avstriyanın ATƏT-ə sədrliyi dövründə prioritetlərdən biri olacaq".
"Qaynarinfo.Az" xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri Avstriya xarici işlər naziri Sebastyan Kurs deyib.
"Münaqişənin həlli istiqamətində inkişafa nail olmaq üçün davamlı dialoq vacibdir"- deyə nazir qeyd edib.
Qeyd edək ki, Avstriya 2017-ci il yanvarın 1-dən ATƏT-ə sədrlik edəcək.
Qaynarinfo.az