Xəbər lenti

"Qarabağ üzrə danışıqlar prosesindən nəsə gözləmək olmaz" - Ekspert
Siyasət08:32 08.06.2016

"Qarabağ üzrə danışıqlar prosesindən nəsə gözləmək olmaz" - Ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Heç kəs üçün sirr deyil ki, bu münaqişəni törədən, qızışdıran, soyudan, idarə edən dövlət Rusiyadır". 
Bu sözləri Qaynarinfo.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə Almaniya kansleri Angela Merkelin mətbuat konfransı zamanı "Dağlıq Qarabağ münaqişəsində Rusiya açar rolu oynayır" fikrinə münasibət bildirərəkən deyib.
Zərdüşt Əlizadənın sözlərinə görə, Rusiya əlindən gələni edir ki, Qarabağ probleminə digər dövlətlər qarışa bilməsin: "Hakim Rusiya deyil. Amerika və Fransa da eyni hüquqlu həmsədirdilər. Onlar də azad və böyük dövlətlərdir. Amma münaqişə tərəflərinə nəzarət Rusiyanın əlindədir. Rusiya həmsədr ölkələrə vasitəçi fəallığı göstərməyə imkan verir. Amma görəndə ki, münaqişəyə nəzarət zəifləyib və formatda dəyişiklik ola bilər, onda nəzarəti öz əlinə keçirir. Hər iki dövlət Rusiyanın göstərişlərinə əməl edir. Hər hansı bir tərəf nəzarətdən çıxmaq istəyəndə, cəza tədbirləri həyata keçrilir. Xüsusilə Ermənistan hakimiyyəti Rusiyanın nəzarətindədir".
Politoloq bildirib ki, danışıqlar prosesindən nəsə gözləmək olmaz: "Danışıqlar prosesində vaxt uzanır, bu da Ermənistanın xeyrinə işləyir. Münaqişənin həlli ancaq bizim fəallığımızdan asılıdır. Azərbaycan tərəfi bütün imkanlarından istifadə etməlidir. Həm hərb, həm də sülh potensialından maksimum yararlanmaq lazımdır".
Qafqaz Rafiqoğlu
Qaynarinfo.az