Xəbər lenti

"Qarabağ” yenə Azərbaycanı sevindirdi! - QƏLƏBƏ (VİDEO)
İdman18:02 01.08.2013

"Qarabağ” yenə Azərbaycanı sevindirdi! - QƏLƏBƏ (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunları keçirilib. Qaynar.info xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən “Qarabağ” da növbəti oyununa çıxıb.

Avropadakı yeganə təmsilçimiz İsveçin “Gefle” klubunu qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutatan matçı fransalı FİFA referisi Nikolas Rainville idarə edib.

Bütün qarşılaşmanı rəqibi təzyiqdə saxlayan çox yaxşı oyun sərgiləsə də, istəyinə yalnız 89-cu dəqiqədə çatıb. Ağdam klubunun hücumçusu Reynaldo dəqiq zərbə ilə matça son nöqtəni qoyub.

Cavab qarşılaşması bir həftə sonra səfərdə baş tutacaq.

Qeyd edək ki, “Qarabağ” cari mövsümdə Avropa Liqasının ilk iki təsnifat mərhələsində Makedoniyanın “Metallurq” (1:0, 1:0) və Polşanın “Piast” (2:1, 2:2) klublarını mübarizədən kənarlaşdırıb.

Avropa Liqası

III təsnifat mərhələsi

İlk oyun

1 avqust

Qarabağ (Azərbaycan) – Gefle (İsveç) 1:0

Qollar: Reynaldo, 89.

Qaynar.info