Xəbər lenti

"Qarabağ" 10 qol vurmuş hücumçusu ilə yolları ayırdı - FOTOFAKT
İdman15:31 23.05.2016

"Qarabağ" 10 qol vurmuş hücumçusu ilə yolları ayırdı - FOTOFAKT

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Qarabağ" isveçli hücumçusu Samuel Armenterosla vidalaşıb. Onun Ağdam təmsilçisindən gedə biləcəyini daha öncə də qeyd etmişdik. Ancaq bu dəfə məsələ tam dəqiqləşib.

Qaynarinfo.az xəbər verir ki, Kuba əsilli forvard dünən bu barədə öz şəxsi "Tvitter" hesabında yazıb.

O, ingilis dilində bu sözləri yazıb: "Bu yaydan sərbəst transfer statusuna malikoyunçuyam. Həmişə yaxşı şeyləri (oxu: yeni macəraları - red.) düşünmək lazımdır". 

Lakin Armenteros mayın 25-də "Qarabağ"la son görüşünü də keçirə bilər. Belə ki, həmin gün "Qarabağ" ölkə kubokunun finalında "Neftçi" ilə görüşəcək.

Qeyd edək ki, 25 yaşlı futbolçu "Qarabağ"a yaşadığı Hollandiyanın "Villem II" klubundan gəlmiş və "1+1" şərti ilə müqavilə bağlamışdı. Onun final görüşünü nəzərə almasaq, Samuel Armenteros Azərbaycanda 25 oyuna 10 qol (çempionatda 17 oyuna 6 qol, ölkə kubokunda 2 oyuna 3 qol və avrokuboklarda 6 oyuna 1 qol - red.) vurub. 3 il əvvəl "Anderlext"lə Belçika çempionu olmuş Armenteros eyni hissləri bu mövsüm "Qarabağ"la yaşayıb.

Qaynarinfo.az