Xəbər lenti

"Qarabağ" "Qəbələ"nin seriyasını qırdı
İdman16:20 02.05.2015

"Qarabağ" "Qəbələ"nin seriyasını qırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
 Topaz Premyer Liqasında XXXI tura yekun vurulub. Qaynar.info хəbər verir ki, ikinci oyun günündə iki matç baş tutub.
Günün ilk oyununda "Bakı" "Xəzər Lənkəran"ı qəbul edib. 3 qolun vurulduğu oyunda meydan sahibləri qələbə qazanıb - 2:1. Hesabı 17-ci dəqiqədə Nurlan Novruzov penaltidən açıb. Hücumçu 5 dəqiqə sonra dublunu rəsmiləşdirib. Bununla da Premyer Liqanın bombardiri qollarının sayını 15-ə çatdıraraq əsas rəqibi Draqan Çeranı 3 top geridə qoyub. "Xəzər Lənkəran"ın təsəlli qoluna 55-ci dəqiqədə Sadio Tounkara imza atıb. 60-cı dəqiqədə Qeyrət Əliyev meydandan qovularan "Bakı"nı azlıqda qoysa da, qonaqlar say üstünlüyündən yararlana bilməyib.
Tura mərkəzi oyunla - "Qəbələ" - "Qarabağ" matçı ilə yekun vurulub. İki qolun vurulduğu oyun 1:1 hesabı ilə yekunlaşıb. 55-ci dəqiqədə fərqlənən Reynaldo Silva "Qarabağ"ı hesabda önə keçirib. "Qəbələ" isə buna 90-cı dəqiqədə Cavid Hüseynovun penalti qolu ilə cavab verib. Beləliklə, "Qəbələ"nin 8 oyunluq qələbə seriyası qırılıb. "Qarabağ" növbəti turda çempionluğunu elan edə bilər. Bunun üçün "İnter" məğlub olmalıdı.
Qeyd edək ki, turun iki oyunu dünən keçirilib. "İnter" "Simurq"u 3:2 hesabı ilə yenib, "Neftçi" - "Sumqayıt" matçında qalib müəyyənləşməyib - 2:2. "Araz Naхçıvan" Premyer Liqadan çıхdığından AZAL bu turda istirahət edib.
Premyer Liqa
XXII tur
2 may
Bakı - Xəzər Lənkəran 2:1
Qollar: Nurlan Novruzov, 17-pen; 22 - Sadio Tounkara, 55.
Qəbələ - Qarabağ 1:1
Qol: Cavid Hüseynov, 90-pen - Reynaldo Silva, 55.

№

Klub

O

Q

H/H

M

T/F

X

1

Qarabağ

29

19

7

3

48-25

64

2

İnter

28

15

11

2

47-15

56

3

Neftçi

29

13

8

8

37-28

47

4

Qəbələ

29

13

8

8

40-34

47

5

Simurq

29

10

5

14

37-34

35

6

AZAL

28

8

8

12

29-40

32

7

Xəzər Lənkəran

28

7

6

15

33-43

27

8

Sumqayıt

28

5

10

13

27-39

25

9

Bakı

28

3

7

18

19-59

16

 

Bombardirlər

NurlanNovruzov (Bakı)- 15. Draqan Çeran (Simurq) - 12. Nikolas Kanales (Neftçi), CavidHüseynov (Qəbələ) - 11. Məhəmməd Qurbanov (Sumqayıt), Reynaldo Silva(Qarabağ) - 10. Mikel Alvaro (İnter) - 9. Freddi Mombonqo (AZAL), JuniorNildo (İnter) - 8. 

Fanat.az