Xəbər lenti

"Qarabağ" - "Seltik" matçında isveçli hakim
İdman18:28 31.07.2015

"Qarabağ" - "Seltik" matçında isveçli hakim

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qarşılaşmanın baş hakimi Martin Strömberqssondur

Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Qarabağ" (Azərbaycan) - "Seltik" (Şotlandiya) matçının hakimləri açıqlanıb. 

ANS PRESS-in məlumatına görə, görüşü isveçli hakimlər briqadası idarə edəcək.

Qarşılaşmanın baş hakimi Martin Strömberqssondu. Ona Daniel Qustavsson və Setaan Hallberq yardım edəcək. Dördüncü hakim funksiyasını isə Yohan Haklin yerinə yetirəcək. 

Qarşılaşma Avqustun 5-də saat 21:30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. İlk görüşdə təmsilçimiz minimal hesabla şotlandlara məğlub olub.

Qaynar.info