Xəbər lenti

"Qarabağ" serbiyalı futbolçunu heyətinə qatdı - RƏSMİ
İdman08:34 01.09.2016

"Qarabağ" serbiyalı futbolçunu heyətinə qatdı - RƏSMİ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

2016/17 mövsümü üçün "Qarabağ" növbəti transferini reallaşdırıb. 

Qaynarinfo.Az xəbər verir ki, komanda heyətini qapıçı ilə gücləndirib. "Qarabağ" serbiyalı Boyan Şaranovla münasibətləri rəsmiləşdirib. Son mövsümü Serbiyanın "Partizan" klubunda keçirən qolkiperlə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Serbiya millisinin üzvü olan Boyan Şaranov bu ilin yanvar ayından "Partizan"da çıxış edirdi. O, Belqrad klubunda 18 oyun keçirib. Şaranov indiyə qədər 1 dəfə Serbiya millisinə dəvət alıb. Karyerasına "Belqrad" klubunda başlayan yeni transfer "Makkabi" (Hayfa, İsrail), "Erqotelis" kimi komandalarda da forma geyinib.

Qeyd edək ki, bununla da "Qarabağ"da 4 əcnəbi qapıçı oldu. Bosniya və Herseqovina millisinin qapıçısı İbrahim Şehiç və Boyan Şaranovdan başqa, heyətdə dağıstanlı Şahruddin Məhəmmədəliyev və türkiyəli Halit Oğuzhan var. Bunlardan 21 yaşadək millimizin qapıçısı olan Şahruddinin Azərbaycan pasportu da var.

Qaynarinfo.Az