Xəbər lenti

"Qarabağ" transfer bombasını partlatdı - RƏSMİ
İdman15:29 16.06.2015

"Qarabağ" transfer bombasını partlatdı - RƏSMİ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Qarabağ" yayın ilk əcnəbi transferini reallaşdırıb. Qaynar.info хəbər verir ki, Ağdam klubu Fransa Liqa 1-də çıхış edən "Lans"ın üzvü Alharbi El Jadeyuini heyətinə qatıb.
Bu gün onunla iki illik müqavilə imzalanıb. Alharbi "Qarabağ"da 10 nömrəli futbolkanı geyinəcək.
29 yaşlı Mərakeş əsilli futbolçu vinger mövqeyində oynayır. Yarımmüdafiənin hər 2 cinahında oynamağı sevir. Karyerası boyunca Fransa klublarında çıfxış edən Alharbinin karyerasının ən yaxşı mövsümü sonuncu ili olub. Yüksək dəstədə 26 oyuna çıxan vinger 3 qola da imza atıb. Son illər yüksələn qrafiklə fərqlənən futbolçu Mərakeş millisini də çağrılıb və bir oyun keçirib. 
1986-cı ildə Strasburqda dünyaya gələn futbolçu indiyədək Fransanın "Beauvais", "Turs", "Şatoru", "Brest", "Genqam", "Angers" və "Lans" klublarının formasını geyinib.
"Lans"dan "Qarabağ"a gələn və bu gün 2 illik müqavilə imzalayan mərakeşli futbolçu fikirlərini klubun rəsmi saytına bildirib: "Bilirəm ki, "Qarabağ" olduqca iddialı və ambisiyaları olan klubdu. Ötən mövsüm Avroliqada "Sent-Etyen" və "İnter"lə oyunlarını izləmişəm. Yeni komandam baxımlı futbol oynayır. Daim hücumda oynamağı sevir. Ona görə də doğru ünvana gəldiyim qənaətindəyəm. "Bilirəm ki, yeni gələn futbolçudan azarkeşlər çox şey gözləyir. İlk məqsədim komandaya tez adaptasiya olub  meydana çıxmaqdı. Çempionlar Liqasında maksimum uğur qazanmaq əlbəttə xoş olardı. Bunun üçün əlindən gələni edəcəm ki, komandama faydalı olum. Təbii ki, "Qarabağ" uğur qazanmaq üçün gəlmişəm".
Qaynar.info