Xəbər lenti

"Qarabağ"da 1 qol vuran futbolçu Türkiyə klubunda - FOTOLAR
İdman12:00 24.06.2016

"Qarabağ"da 1 qol vuran futbolçu Türkiyə klubunda - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Qarabağ"ın sabiq hücumçusu Raydell Puponun yeni klubu məlum olub. 

Qaynarinfo.az xəbər verir ki, hollandiyalı hücumçu karyerasını Türkiyədə davam etdirəcək.

O, I dəstədə çıxış edən "Boluspor"la anlaşıb. Pupon 2 illik müqaviləyə imza atıb.

Qeyd edək ki, Raydell Pupon ötən mövsümün ilk hissəsini "Qarabağ"da keçirmiş, lakin 15 Premyer Liqa oyununda cəmi 1 qola imza atmışdı. Daha sonra Hollandiyanın "Roda" klubuna keçən Pupon 17 matçda 4 qol vurmuşdu.

Onu da bildirək ki, Vaqif Cavadovun sabiq klubu olan "Boluspor" bu gün Braziliya millisi, "Fənərbaxça" və "Arsenal"ın sabiq sol cinah müdafiəçisi Andre Santosu da sıralarına qatdığını elan edib.

Qaynarinfo.az