Xəbər lenti

"Qarabağ"ın futbolçuları xarici klubların diqqәt mәrkәzindә
İdman17:38 25.10.2014

"Qarabağ"ın futbolçuları xarici klubların diqqәt mәrkәzindә

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Qarabağ"ın Avropa Liqasında uğurlu çıxış etməsi "köhlən atlar"ın futbolçularının da Avropa klublarının diqqətini çəkməsinə səbəb olub. 

 Qaynar.info xәbәr verir ki, bu barədə Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov komanda.az-a deyib: "Hələ yayda komandamızdan bəzi futbolçularla maraqlanan klublar olmuşdu. Hətta deyərdim ki, maraqlananların sayı çox idi. Qış transfer dövrü yaxınlaşdıqca yəqin ki, futbolçularımıza diqqət göstərənlərin sayı artacaq. Təbii ki, bu həm də "Qarabağ"ın uğurlu çıxışını davam etdirməsindən da asılıdı". 

Yayda Reynaldoya Almaniyanın Bundesliqa, İspaniyanın La Liqa klublarından maraq göstərən klubların olduğu məlumdu. İndi isə əldə etdiyimiz məlumata görə, "Qarabağ"ın daha iki futbolçusu Türkiyə və Rusiya klublarının maraq dairəsindədi. Söhbət Riçard Almeyda və Bədavi Hüseynovdan gedir.Almeyda "Qarabağ"ın "mühərrik"i hesab olunur və braziliyalı çıxdığı hər matçda ən yaxşılardan olur. Bədavi isə müdafiə xəttində əla oyunu ilə seçilir. Hüseynovun milli komandanın üzvü olması da üstünlüklərindən biridi."Köhlən atlar"ın "qol silahı" Reynaldo isə onsuz da əvvəldən bir neçə klubun transfer siyahısında var idi. Ola bilsin, "Qarabağ"ın Avropa Liqasındakı oyunlarından sonra "sambaçı" yüksək məbləğ qarşılığında satılsın. Lakin bu, elə bir məbləğ olacaq ki, Azərbaycan futbolunda indiyədək bu cür qiymətə futbolçu transferi olmayıb. 

 Qaynar.info