
Hollandiyanın "Tvente" klubu maliyyə problemlərinə görə növbəti mövsüm gücünə görə IV dəstəyə göndərilə bilər.
Qaynar.info xəbər verir ki, klub rəhbərliyinin maliyyə maxinasiyasından sonra Enshede təmsilçisinin peşəkar lisenziyası əlindən alınmağa yaxındır.
Bu barədə Hollandiya Kral Futbol Federasiyasının direktoru Bert van Osten deyib: "Həqiqət budur ki, "Tvente" peşəkar statusundan məhrum ediləcək. Çətinliklə həll edilə biləcək çox problemləri var".
Qeyd edək ki, Hollandiyada IV divizion həvəskar status daşıyır. Xatırlatma üçün onu da bildirək ki, "Tvente" yaxın illərdə avrokuboklarda 4 dəfə "Qarabağ"la qarşılaşıb.
Qaynar.info