Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV turun daha bir oyunu keçirilib. "Qaynar" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda lider "Qarabağ"la ən yaxın izləyicisi "Qəbələ"ə üz-üzə gəlib.
Görüş qolsuz bərabərliklə yekunlaşıb. Bu heç-heçədən sonra "Qarabağ" xallarının sayını 53-ə, "Qəbələ" isə 49-a çatdırıb.
XXV tura aprelin 10-da keçiriləcək "Zirə" - "İnter" və AZAL "Sumqayıt" oyunları ilə yekun vurulacaq.
Bu gün baş tutan açılış matçında "Kəpəz" Gəncədə "Neftçi"ni 2:0 hesabı ilə məğlub edib.
Qaynar.Az