Xəbər lenti

"Qismətimizdə bu rəqiblərlə qarşılaşmaq var imiş" - Qurban Qurbanov
İdman12:45 28.08.2015

"Qismətimizdə bu rəqiblərlə qarşılaşmaq var imiş" - Qurban Qurbanov

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ardıcıl 2-ci mövsüm Avropa Liqasının qrup mərhələsində çıxış edəcək "Qarabağ" qrup mərhələsində "Monako" (Fransa), "Anderlext" (Belçika), "Tottenhem"lə (İngiltərə) mübarizə aparacaq.

Qaynar.info xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov püşksonrası qrup mərhələsini dəyərləndirib: "Rəqiblər haqqında deyə bilərəm ki, hər birinin dünya futbolunda yeri bəllidir. Qismətimizdə bu rəqiblərlə qarşılaşmaq var imiş. Belə rəqiblərlə qarşılaşmaq, onların Bakıya gəlməsi həm komanda, həm də azarkeşlər üçün maraqlı olacaq. Bu kimi  komandalar eyni zamanda ölkə futbolunda yeni marağın yaranmasına səbəb olacaq".

Qaynar.info