Xəbər lenti

"ReAl Milli Şuranın və Müsavatın mitinqlərinə qatılmayacaq" - Azər Qasımlı
Siyasət12:46 16.09.2016

"ReAl Milli Şuranın və Müsavatın mitinqlərinə qatılmayacaq" - Azər Qasımlı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Konstitusiyada dəyişikliklər edilməsi məqsədi ilə sentyabrın 26-da keçiriləcək seçkilərə artıq sayılı günlər qalıb. 

Müxalifət düşərgəsində olan Milli Şura, Müsavat Partiyası etiraz olaraq icazəli mitinqlər keçirirlər. REAL Təşkilatı isə mitinqlərə qoşulmasa da, bəyan etdi ki, üzvlərin aksiyaya qoşulması sərbəstdir. Qarşıdakı günlərdə ayrı-ayrı partiyalar mitinqlər keçiricəklər. Bəs, Respublikaçı Alternativ (ReAl) bu mitinqlərə qoşulacaqmı? Əvvəlki mövqeyində dəyişiklik gözlənilirmi? 

Qaynarinfo.Az bu suallarla ReAl-ın İdarə Heyətinin üzvü Azər Qasımlıya müraciət edib. Azər Qasımlının sözlərinə görə, ReAl-ın mitinq və aksiyalarla bağlı mövqeyi dünən necə idisə, bu gün də eynidir: 

"İrəlidə də bizim mövqeyimiz dəyişməyəcək. Yəni biz hər hansı başqa bir siyasi təşkilatın təşkil etdiyi aksiyalara qoşulmuruq. ReAl yalnız özünün təşkil etdiyi, şüarları özünün seçdiyi və gününü özü təyin etdiyi aksiyalarda iştirak edə bilər. İndiki zamanda birlik lazımdı, deyənlər var. Birlik lazımdısa, bu prosesləri bir yerdə etmək olardı. Bu baş verməyibsə, bizim iştirak etməyimiz yalnışdır. Bu mövqe bizim prinsipial mövqeyimizdir". 

Azər Qasımlı qeyd edib ki, bu mitinqləri də xalqın mitinqləri ilə eyniləşdirmək doğru deyil: 

"ReAl yalnız bir dəfə, cəmiyyətin dəstək verdiyi “Əsgər ölümlərinə son” aksiyalarında iştirak edib. Bu mitinq ReAl-ın iştirak etdiyi yeganə mitinq olub. Çünki bu mitinq Azərbaycan cəmiyyətinin təşkil etdiyi mitinq idi, onu hər hansı siyasi təşkilat təşkil etməmişdi, bu işdə kiminsə siyasi marağı yox idi”.             

Azər Qasımlı deyib ki, qarşıdakı mitinqlərdə də ReAl-ın sıravi üzvlərinin iştirakında heç bir problem yoxdur: “Biz sıravi üzvlərimizin qarşıdakı mitinqlərdə iştirak etməkdə sərbəst olduqlarını bildirmişik. Onlar heç bir seçkili orqanda təmsil olunmayıblar. Ona görə də, hesab edirik ki, üzvlərimizin məhz bu mitinqlərdə iştirakında problem yoxdur.”

Pərvin Zeynal

Qaynarinfo.Az