Xəbər lenti

"Rejissorlar məni ancaq məşuqə kimi görürlər" - azərbaycanlı aparıcı
Maqazin12:25 08.04.2015

"Rejissorlar məni ancaq məşuqə kimi görürlər" - azərbaycanlı aparıcı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Teleməkanın ən cazibədar aparıcılarından olan Zemfira Adıgözəlova çəkildiyi “100 kağız” filmində oynadığı məşuqə obrazından bəhs edib. Publika.az-a açıqlama verən xanım Adıgözəlova rejissorların onu məşuqə obrazından başqa ayrı obrazda görmədiklərini bildirib.
“Filmin rejissoru Şahin Zəkizadə mənə rol üçün zəng edəndə ilk ağlıma gələn “100 faiz nə isə açıq-saçıq səhnə üçün zəng edib”, - fikri oldu. Çünki Şahinə qədər gələn bütün təkliflər açıq-saçıq səhnələr üçün olub. Artıq öyrəncəkliyəm buna. Əksəriyyət də məni kiminsə sevgilisi, məşuqəsi rolunda görür. İlk sualım da o oldu ki, “Kimin sevgilisi olmalıyam?”. Elə mən düşündüyüm kimi də oldu. Filmdə sevgilim Nicatdır. Mən İncəsənət Universitetinin rejissor-aktyorluq fakültəsini bitirmişəm. Bu səbəbdən oynaya bilməyəcəyim bir obraz yoxdur. Sadəcə resjissorlar  məni ancaq məşuqə kimi görürlər”.
Teleaparıcı son dövrlərdə çəkilən komediya filmlərinə münasibət də bildirib: “Artıq ilk addımları atırlar. Bu səbəbdən müəyyən səhvlər var və olmalıdır. Odur ki, belə səhvlərə normal baxıram. Pis işləmirlər. Komandanın əziyyəti var. Düşünürəm ki, get-gedə biz “Oscar” mükafatına layiq görüləcəyik”.
Zemfira xanım, müsahibəsində qonorarsız filmə çəkilmədiyini də əlavə edib.
Qaynar.info