Xəbər lenti

"Rusiya İbrahimbəyovu aldatdı" -Politoloq
Siyasət09:04 06.09.2013

"Rusiya İbrahimbəyovu aldatdı" -Politoloq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Rusiya həmişəki kimi namərdliyini etdi və indiyə qədər də Rüstəm İbrahimbəyovu vətəndaşlıqdan məhrum etməyiblər, görünür, seçkidən sonra edəcəklər".

Qaynar.info-nun məlumatına görə, bunu politoloq Zərdüşt Əlizadə "Bizimyol" qəzetinə müsahibəsində deyib. Politoloq Rusiyanı namərdistan adlandırıb: " Rusiya İbrahimbəyovu aldatdı. Həmişə demişəm, Rusiya namərdistandır, bu ölkə kimi satmayıb?! Dünya kommunist hərəkatında olanları, sosialist ölkələrini, aldatdı, xalqını da aldadır. Hamını aldada-aldada gedir, bunlar oğru, xain bir zümrədir. Rusiya dağılır da, elmi dağılır, alimlər, ziyalılar ölkədən qaçır, yerdə qalan hakim zümrə ölkəni dağıdır. Bir ölkənin ki qaymağı oğru və xain zümrə oldu, o məmləkətin gələcəyi yoxdur".

Qaynar.info