Xəbər lenti

"Rusiya və digərləri 3 meymunu oynayırlar" - Ekspert
Siyasət07:46 06.07.2016

"Rusiya və digərləri 3 meymunu oynayırlar" - Ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya xarici işlər naziri Sergey Lavrov İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələrinin xarici işlər nazirlərinin toplantısında iştirakından sonra gözlənilənlərin əksinə Bakıya səfər etmədi. Lavrov İrəvana yollandı, Dağlıq Qarabağla bağlı ənənəvi bəyanatlarını verib, geri döndü. Bəs Rusiya XİN başçısı Bakı səfərini niyə təxirə saldı?
Məsələ ilə bağlı Qaynarinfo.az-a açıqlama verən politoloq Zərdüşt Əlizadə bildirib ki, rəsmi Moskvanın təklifləri Ermənistanda etirazlarla qarşılanır: "Tərəflərin mövqelərini razılaşdırmaq üçün daha çox vaxta ehtiyac var. Ola bilər ki, Moskvanın yeni təklifləri ilə Ermənistanla yanaşı, Azərbaycan da razılaşmasın. Ermənistanın Rusiyadan mütləq asılılığı ilə yanaşı, hakimiyyətlərin fərqli fikir söyləmək imkanının olmaması, fərqli fikir söylənərsə hakimiyyətdən devrilməsi ehtimalı var. Bütün bu səbəblər tərflərin ortaq razılığına mane olur".
Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu isə öz fikirlərini belə izah edib: "Sergey Lavrov Bakıya gələsi olmadı, İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlərin xarici işlər nazirlərinin toplantısından dərhal sonra Moskvaya qayıtdı. Lavrov bilirdi niyə Bakıya gəlmirdi. Əks halda, atəşkəsi pozmaqla azərbaycanlı hərbçini qətlə yetirən işğalçının bu “hərəkətinə” münasibət bildirməliydi. Rusiya və digərləri 3 meymunu oynayırlar - görmürəm, eşitmirəm, danışmıram. Demək yenə sıra Azərbaycan ordusundadır. Müdafiə naziri Zakir Həsənov necə demişdi, bir hərbçimizi öldürəcəklərsə, beşqat, onqat itki ilə cavablarını alacaqlar. Gözləyək. Nə Vyana, nə də Sankt-Peterburq görüşü işə yaradı, “mərhələli həll” planı müzakirə olunur” fikri də nağıla bənzəyir".
Qafqaz Rafiqoğlu
Qaynarinfo.az