
Son vaxtlar həm hadislərin gedişatı, həm rəsmi açıqlamalar ölkədə iqtisadi durumun və maliyə vəziyyəyinin gərgin olduğunu göstərir. Həm daxildə , həm dünyada baş verən proseslər bu gərginliyi daha da artırır.
Ekspert Əkrəm Həsənov Qaynarinfo.Az-a müsahibə verib:
- Qeyri-neft sektorundan gələn bir aylıq gəlirin bir günlük valyuta hərracından az olmasının hansı nəticələri ola bilər?
- Aydın məsələdir ki, bizdə qeyri-neft sektoru inkişaf etməyib. Milli valyutaya da əsas təhlükə ordan gəlir. Neftdən gələn gəlirlər azalıb və qeyri- neft sektorundan da elə bir gəlir yoxdur. Bunun üzərində ciddi çalışmaq lazımdır. Bu 1-2 ilə həll olunası məsələ deyil. Çalışmaq lazımdır ki, Azərbaycanda qeyri-neft sektoru inkişaf etsin. Ona görə yox ki, xaricə ixracımız olsun, heç olmasa öz tələbatımızı ödəyək. Ərzaqa olan tələbatımızı daxildə ödəsək, neftdən gələn gəlirimiz xaricə qayıtmaz. Bu da indiki halda yoxdur. Səbəb isə Azərbaycanda sahibkarlığın inkişafı üçün real şəraitin olmamasıdır. Real şərait dedikdə, ilk növbədə qanunların işləməsini və məhkəmələrin obyektivliyini nəzərdə tuturam. Bu gün heç kəs Azərbaycana öz pulunu investitisya etmək istəmir. Çünki sabah hansısa məmurla və ya dövlət orqanı ilə problemi olsa, haqlı olsa belə məhkəmənin onu müdafiə edəcəyinə əminliyi yoxdur. Müqayisə üçün Gürcüstanı göstərək. Gürcüstan 15 il bundan əvvəl bizdən pis vəziyyətdə idi. Amma yavaş-yavaş inkişaf etdirdilər. Qanunlar işlədi. Korrupsiya ilə mübarizə apardılar. Məhkəmə işlədi. Nəticədə bu gün sahibkarlarımız pulunu Azərbaycana deyil, Gürcüstana qoyurlar. Çünki orda qanunlar işləyir.
- Dünyada 4-cü ən böyük neft yatağının aşkarlanması neftdən asılı ölkələrin gələcəyinə nə vəd edir?
- Onsuzda indi neftin təklifi dünyada çoxdur. Yeni seçilmiş Amerika prezidenti də elan etdi ki, Amerikanın neft ehtiyatlarını qorumayacaq və satışa çıxaracaq. Üstəlik, böyük neft qaz yataqlarının aşkarlanması neftin qazın bazarda təklifini daha da çoxaldacaq və onların qiymətinin kəskin düşməsinə səbəb olacaq. Prinsipcə Azərbaycan dövləti bunu artıq başa düşüb. Dövlət başçımız da bir neçə dəfə deyib ki, neft erası bitdi.
-Cəbhədəki vəziyyətin gərginliyini nəzərə alaraq, aprel döyüşləri yenidən təkrarlanacağı halda ölkənin iqtisadi və maliyə durumuna nə dərəcədə təsir edəcək?
- Fikrimcə, bu prosess baş versə hərbiyə ayrılmış vəsait bəs edər. Bizim hərbi büdcəmiz, Ermənistan tərəfindən dəfələrlə çoxdur. Sadəcə bir məqam var ki, Ermənistan bizimlə tək başına müharibə aparmır, arxasında Rusiya dayanır.
Qafqaz Rafiqoğlu
Qaynarinfo.Az