
“Sex and the city”nin (“Seks və şəhər”) Biqi Kris Noth ilə türkiyəli model Burcu Esmersoy İstanbulda bir araya gəlib.
Qaynar.info axşam.az-a istinadən məlumatına görə, onlar birlikdə fotosessiya etdirib.
“Çox izlənildiyi üçün obrazım yaddaşlara həkk olunub. Amma hələ də Biq kimi çağrılmaq məni güldürür. Yeddi il əvvəl mənim o obrazla işim bitib" deyə, Kris bildirib.
Burcu isə kişilərlə bağlı fikirlərini bölüşüb:
“Mən kişilərdən sadiqlik gözləmirəm. Hər şeyi bilib, sonra münasibətə başlayıram. Sevgiyi və sadiqliyi əvvəlcədən sığortalaya bilməzsən”.


