"11 yaşım olanda məktəb yoldaşım olan bir qızı sevirdim. Hər gün qızın dalınca düşürdüm". Qaynarinfo.Az publika.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Vüqar Muradov deyib.
Müğənni bildirib ki, qızın atası onu döyüb: "Anası xəbər göndərdi ki, qızımdan əl çəkməsən, səni döydürəcəyəm. Doğrudan da, bir gün atası məni tutub qulaqburması verdi. Yenə də əl çəkmədim, axırda özüm bezdim və başqa qızı sevməyə başladım. İndi o qızlar çoxdan ərə gediblər. Bu yaxınlarda gördüm bir oğlan mənə deyir ki, Vüqar əmi, anam sənlə bir sinifdə oxuyub. Dedim, necə, əmi? Sevdiyim qızların indi mən boyda oğlanları var".
Qaynarinfo.Az