Xəbər lenti

"Siyasət ölkəyə qayıtmalıdır" - Sahib Kərimli "Qaynar Qazan"da nələr danışdı? (I HİSSƏ)
Siyasət09:13 23.02.2017

"Siyasət ölkəyə qayıtmalıdır" - Sahib Kərimli "Qaynar Qazan"da nələr danışdı? (I HİSSƏ)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Əvəz Zeynallının təqdimatında "Qaynar Qazan"

Sahib Kərimli uzun müddət – təxminən bir neçə aydır, “Qaynar Qazan”açıxmaq, müsahibə vermək istəyirdi. Həm sırada planlaşdırdığımmüsahiblərim vardı, həm də açığı, onun nə danışacağı mənimaraqlandırırdı. Axı bütün hallarda “Qaynar Qazan”ın formatı çoxfərqlidir və burada bir çox hallarda mən özüm belə istədiyim kimihərəkət edə bilmirəm. O baxımdan, gözləməyi qərara aldım. Bu haqdazaman-zaman Sahib Kərimli ilə də danışdıq. Zaman-zaman yazışdıq vənəhayət, ötən həftəyə qərarlaşdırdıq ki, görüşək.

“Qaynar Qazan”da qonaq dəvət etdiyim adamlar da ciddi müzakirələrdənkeçirlər. Dalbadal dəvət olunan qonaqlara da artıq diqqət etməli oluruq.2-3 qonaq ard-arda AXCP-yə, ya da Əli Kərimliyə yaxın oldularmı,dostlarımız bizi onlara yaxın bilir, elə təqdim etməyə çalışırlar. Ya datərsinə, hansısa partiyaya yaxın kimsə gəldimi, oluruq onların adamı.Hətta artıq sosial şəbəkələrdə bizim xüsusi yazanlarımız var, nəediriksə, bir əmma tapa bilirlər. Ona görə də, Sahib Kərimliyə xüsusidiqqət edəsi olduq. Hiss olunurdu ki, Sahib Kərimli AXCP və ƏliKərimlidən danışacaq.

Elə də oldu. Tam kəskin olmasa da, Sahib Kərimli AXCP və Əli Kərimliilə bir növ hesablaşmağa gəlib “Qaynar Qazan”a. Özü də məhz buradan –“Qaynar Qazan”dan böyük siyasətə qayıtmağı planlaşdırıb. Bu haqda açıqcasöylədi də. İndiyə qədər yaşadığı sürgün həyatından Azərbaycanın qaynarsiyasi gündəminə qayıdan, ya da onu planlaşdıran Sahib Kərimli bunu“Qaynar Qazan”ın yaratdığı imkanla elan etdi və mənim gümanım odur ki,Sahib Kərimli AXCP-də Əli Kərimli ilə hesablaşmağa qayıdır.

Sahibi içəridən – həbsxanadan tanıyıram. Onunla bir neçə dəfəKürdəxanının “boks”larında görüşmüşük. Bu haqda “Selcanınməmləkəti”-“Həbsxana gündəlikləri”ndə də məqamlar var. Yəni onunxarakterli adam olduğunu bilirəm. Ancaq bu, siyasətdir. Hələ SahibKərimlinin uzun-uzun hakimiyyətə yaxın adamlarla müzakirələr apardığınıdilə gətirməsi və o haqda danışması göstərir ki, Sahib Kərimli bumübarizədə tək olmayacaq. Oyun görünən odur ki, bir komanda oyunudur. Nədeyək, qaydasında və kurallara uyğun oynayan qazansın.

Beləliklə, “Qaynar Qazan”ın 35-ci qonağı AXCP sədrliyinə keçmiş namizəd və keçmiş vicdan məhbusu Sahib Kərimlidir. Onu eşidək…

Əvəz Zeynallı

****

I hissə

Kəndə çəkilməyim sürgün də hesab oluna bilər

16900006_1324881554240182_987524888_n

– “Qaynar Qazan”da bugünkü qonağımız – mən onu AXCP sədrininmüavini bilirdim, o baxımdan da müsahibədən əvvəl verdiyim elanda dabelə yazmışdım – “Qaynar Qazan”ın növbəti qonağı AXCP sədrinin müaviniSahib Kərimlidir. Amma sonradan məlum oldu ki, Sahib Kərimli AXCPsədrinin müavini deyil, sıravi cəbhəçi imiş. Yenə də anonsa verilənşərhlərdən elə görünür ki, Sahib Kərimli artıq cəbhəçi də deyil. Hərhalda artıq bu məsələni də müzakirə edəcəyik. Mənim özüm üçün də buməsələ çox maraqlıdır. Bugünkü qonağımız Sahib Kərimlidir. Sahib bəy,xoş gəlmisiniz.

– Xoş gördük.

– Sualların bir çoxu mənim fikirlərimi əvəzləyir. VüqarQurdqanlı maraqlanır ki, “nə var, nə yox?” Həzi Bəy yazır ki, “nəvaxtdandır görsənmir, nətəridir? Çox nigaranam.”

– Hər şey çox yaxşıdır. Bildiklərimin üzərinə yeni biliklər gətirirəm.Siyasət, cəmiyyət nədir? Proseslərdən bir az aralanmışam, kənddəyəm.Kiçik kənddir. Min nəfərdən bir az artıq əhalisi var.

– Şəkidə?

– Bəli, bəli. Fərqli-fərqli insanların istəyini öyrənirəm. Nədüşünürlər, nə tələb edirlər, dövlətə necə baxırlar, hakimiyyət necəolmalıdır, cəmiyyət necə olmalıdır – kimi suallara fikirləriniöyrənirəm. Onlar xarici xəbərləri izləyirlər, özlərinə məxsus təhlilləredirlər. Mən onlardan yanaşmaları öyrənirəm. Birəbir insanlarınproblemlərini görürəm. Azərbaycan iqtisadiyyatının inkişafı üçünprioritet sahə elan olunan kənd təsərrüfatı və turizm regionlar üçündaha çox nəzərdə tutulmuş bir sahədir. Kənd təsərrüfatına bağlıinsanlar, kənddə yaşayan insanlar nə düşünür, tələbləri nədir, necəfermer təsərrüfatları qurula bilər və s. məsələləri öyrənirəm. Yəni birsiyasətçi öyrəndikcə, oxuduqca, fərqli çevrələri tanıdıqca daha çoxağıllanır, öyrənir, cəmiyyəti bilir. Bu mənada hər şey yaxşıdır.

– Bu bənzətmə bir qədər qüsurlu ola bilər, amma siz də Kələkiyə çəkilmiş kimisiniz… Hə?

– Təbii ki, ruh halı da var. Qərb rasionallığı ilə bağlı mövzularayəqin ki, verilən suallarda gələcəyik. Amma nəzərə alaq ki, biz Şərqdövləti və millətiyik. Bunda bir ruhaniyyət də var. Ruh halı da var.Sosioloqların işi də budur. Hər bir siyasətçinin yanında da bir güclüsosioloq olmalıdır. Çünki sosioloqların işi cəmiyyəti öyrənməkdir.Cəmiyyətin verdiyi mesajlar aydın olmalıdır. Siyasətçi bu cəmiyyətləişləyir və bu cəmiyyəti inkişaf etdirməyi düşünür. Və ya bu cəmiyyətinlideri olmağı düşünür. Ona görə də bu cəmiyyəti yaxşı öyrənməlisən ki, onə düşünür, tələbləri, həssasiyyəti nədir? Nə istəyir? Siyasətəmünasibəti, siyasi şəxslərə, siyasi proseslərə münasibəti necədir?

Bütün sürgünlərin möhtəşəm bir geri dönüşü var

16933679_1324879754240362_2033106451_n

– Amma kəndə – Kələkiyə getməyin digər tərəfi də var.İncidilmiş, küşmüş, proseslərdən kənarlaşdırılmış adam adətən kəndəçəkilir…

– Təbii ki, bu tərəfi də var. Ruhaniyyətin içində bir əzab da var.Bəlkə bir sürgün də hesab oluna bilər, bütün mənalarda. Amma hesabedirəm ki, bütün sürgünlərin möhtəşəm bir geri dönüşü var.

– Mustafayev Xəlil yazır: “Sahib bəy elə bil siyasətdən çəkilib. Fəaliyyətini biznes istiqamətinə yönəldib”.

– Təklif edirəm ki, biz sualları ümumiləşdirək. Ən əvvəl də onuxüsusilə qeyd eləmək istəyirəm. Siz, “nə var, nə yox?”dan başladınız,mən bunu deməyə fürsət tapmadım. Çox cəsarətli yeniliklər edirsiniz.Yəni azad medianın elementləri bol olan, özündə də azadlıq hissi üstsəviyyədə olan, ona qarşı bəzən açılımlar ediləndə, məsələn,qeyri-populyar fəaliyyətlər göstərəndə və ya ifadələr səslənəndəpolemikaya girib, çox mədəni, kübarcasına bu polemikanı udan birpotensialınız da var. Ona görə də bu layihə çox uğurlu layihədir. Adı daxoşdur – “Qaynar Qazan”.

– Təşəkkür edirəm.

– Mən də sizə təşəkkür edirəm. Təbii ki, mənim siyasətə qayıdışımı birformada – nəzərdə tutmuşdum ki, müəyyən müddət fasilə götürüb, yenidənsiyasətə qayıdacam. Qayıdarkən də daha çox ruh halıma, bir də rasionalbaxışıma uyğun gələn veriliş “Qaynar Qazan” oldu. Ona görə də hesabedirəm ki, çox şey ola bilər və bunların üzərindən birdəfəlik xəttçəkmək üçün mən xüsusi təşəbbüs göstərib, sizdən xahiş etdim ki…

Bu qazanda mən də qaynamaq istəyirəm

16900004_1324881587573512_256559665_n

– Bəli, bir neçə dəfə xahiş etdiniz…

– Bəli, mən də xahiş etdim ki, o qazanda mən də qaynamaq istəyirəm.Siyasətçinin işi nədir ki? Cəmiyyətə potensialını göstərməlidir. Zatənbiz nə zaman inkişaf edəcəyik? Fikir plüralizmi, fərqli baxışlar,fərqliliklər olacaq, fərqli təkliflər olacaq, ictimai müzakirələr olacaqvə bütün bunlar süzgəcdən keçəcək. Tamam. “Qaynar Qazan” da birresursdur və mən də bu resursdan faydalanmaq istədim. Bu resursuyaratdığınız üçün sizə təşəkkür edirəm. Mən bu resursdan istifadə edib,nə dərəcədə bu qazanda qaynadığımı, nə dərəcəyə qədər bişdiyimigöstərmək istədim. Bu da bir siyasətçi kimi mənim doğal haqqımdır.

– Mən elə başa düşdüm ki, siz siyasətə qayıdırsınız?

– Belə də hesab oluna bilər.

– Hə, xoş gəlirsiniz.

– Təşəkkür edirəm.

– Kamal Zeynallı da təxmin edir ki, “qazan qaynayacaq”. BakıxanQəribli yazır ki, “Bu müsahibə şəxsən mənim üçün çox maraqlı olacaq.”Deyəsən, Bakıxan Qəribli də sizi tanıyan adamdır. Çünki yazır ki, “mənSahib bəyə verilən sualları da təxmin edirəm, onun bu suallara verəcəyicavabları da bilirəm. Çünki tez-tez görüşüb söhbətləşmək imkanlarımızvar. Amma bir məsələ məni düşündürür. “Qaynar Qazan”a verilən cavablarda mənimlə etdiyi söhbətlərdə verdiyi cavablara uyğun gələcəkmi?”

– 99 faiz.

– Kimdir Bakıxan Qəribli?

– Bakıxan Qəribli bizim çox əski dostumuzdur. Ona görə bu suallarıqısa-qısa keçəcəm. Əvvəlcə isə, mən niyə bu qədər iddialı görünürəm, –dostların suallarını da izləmişəm – buna açıqlama vermək istəyirəm.Həmin suallarda “Niyə bu qədər iddialısan? Niyə birinciliyə çalışırsan?Bu, sənin haqqın ola bilməz” kimi məqamlar var. Belə aşağılayıcıyanaşmalar var.

Mən siyasətə haradan gəlmişəm?

16901756_1324879707573700_1206614252_n

– Bəli, belə suallar var.

– Bütün bu suallara kompleks yanaşmaq üçün elə Bakıxan Qəriblidən – o,bizim dostumuzdur, Müsavat partiyasının Şəki rayon təşkilatının sədridir– başlayaq. Əslində mən siyasətə haradan gəlmişəm? Oradan başlayım. Osualların əksəriyyətini də mən çalışacam ki, danışdıqlarımın içərisindəümumiləşdirəm. Mən siyasətə gələndə 15-16 yaşım var idi. İddialıdanışıram. Məsələn, bizim kənd bütövlükdə siyasi proseslərin içinə daxilolmuşdu.

– Hansı kənddir?

– Şəki rayonunun Bideyis kəndi. Hal-hazırda da bzim kənddə ciddi siyasipolemika mədəniyyəti var. Məsələn, bizim yapçılar da digər yapçılarabənzəməz. Kifayət qədər siyasi polemikaya hazır bir əhalisi var. Bu,jurnalistlər üçün maraqlı ola bilər. Məsələn, bizim çayxanalarda eləsəviyyəli siyasi söhbətlər gedir ki… O zamanlarda bizdə bir hərəkatvardı və uşaq ikən biz o hərəkatlara qoşulmuşuq. Mən də komsomololmuşam. Bunu da bu arada etiraf edim. Məsələn, məktəbdə gecə ikən26-ların şəklini yandırdıq. Bu hadisənin şahidləri var. Facebook-dakəndimizin səhifəsi də var və kəndimizdən olan çoxlu sayda fəal uşaqlarvar ki, onlar hətta sizin proqrama da baxırlar. Daimi tamaşaçılarınızvar. Mənim burada hər dediyim ifadənin şahidləri var. O məsuliyyəti dəüzərimdə hiss edirəm ki, kimsə buna görə üzərimə gələ bilər. Ona görə dəmən 16 yaşımda prosesə gələndə, bizim komsomolun Şəki rayonunun özündəolan bürosunda məsələmizi qoydular. O zaman mən orada bir pafoslu çıxışetmişdim. Pavlik Morozov sayağı. O zaman da instituta girəndəkomsomoldan verilən xarakteristikanın pis verilməsi təhlükəsi də varidi. Biz cəbhəçilər kolxoz ayırmışıq. Kəndin ortasında park salmışıq.Rəhmətlik Qüdrət Əbdülsəlimzadə 90-cı ildə bizim kəndə deputatlığanamizədliyini verdiyi üçün gəlmişdi. Həmin dövrdə kəndlər birləşib, birnamizəd elan edirdi. Qonşu kənddən başqa namizəd də var idi. Biz siyasiproseslərin içində 16 yaşından olmuşuq. Rahim Qazıyev Lefortovodançıxandan sonra bizim kəndə gəlmişdi. Mən dinləmişəm, proseslərin içindəolmuşam. Lap yeniyetməliyimdən siyasi proseslərin içində olmuşam.Bakıxan Qəribli dostumuz da o zaman bizim qonşu kəndin cəbhəçisi idi.Məsələn, Qüdrət Əbdülsəlimzadəni çiynimizdə keçirirdik. Çünki ziyalıyabir basqı var idi. Adam iqtisadiyyat, elmi-tədqiqat sahəsilə məşğul idi,adamlar ona hücum edirdilər ki, “Narxoz-da rüşvət böyüyübdür, səngəlib, burada alternativ olursan?” Belə qaragüruh yanaşma da var idi.Ziyalı yanaşması da var idi. O baxımdan, bizim müqayisə etməkimkanlarımız da var idi. Öyrənirdik. Yəni mən siyasətə təsadüfəngəlməmişəm. Mən sonralar siyasi proseslərdə Bakıxan Qəribli ilə illərinsiyasi polemikalarında iştirak eləmişik. Mən rayonla ciddi əlaqələrimsonradan bərpa olundu. Təbii ki, oxumağa gəldikdən sonra rayonlaəlaqələrimiz kəsildi və məlum 2000-ci il hadisələri – AXCP-ninparçalanma məsələləri oldu. 1998-ci ildə biz Gənc Demokratlar Hərəkatınıyaratmışdıq. AXCP-nin bazasında Xaqani 33 ünvanında bizim ciddi gənclərtəşkilatımız var idi. 2000-ci ildə AXCP parçalanarkən, o proseslərdətəbii ki, gənclər təşkilatında olduğum üçün mənim də rolum oldu.Konfransımız keçirildi və klassiklərlə orada məlum qarşıdurmamız oldu.Həmin konfransda təşkilat komitəsinin sədri oldum. Əbülfəz bəy o zamanKələkidə idi. Hətta bizi “Nəzər Nöqtəsi”nə də dəvət elədilər. Çünki çoxciddi ictimai-siyasi proseslər olurdu. Əbülfəz bəy Kələkidən dönəndə,mənə olan suallardan biri də bu idi ki, “siz Bəyə qarşı oldunuz?”Əslində o zaman Xalq Cəbhəsində Gənclər komitəsi əsasən, o zamanıntəbirincə desək, klassiklərə yaxın qrupda Zahir bəygil idi. Bizkonfransda məsələni udduq, ciddi qarşıdurma oldu. Əslində bu, mediaya,cəmiyyətə Əli Kərimlinin Əbülfəz Elçibəy üzərindəki gənclər sahəsindəkiqələbəsi kimi təqdim olundu və s. Bu cür basqıların qarşısında Əbülfəzbəy Türkiyədən müayinədən qayıdanda Xaqani 33-də yerləşən AXCPqərərgahının qarşısında maşından düşdü və yaxınlaşıb birinci mənimləgörüşdü. Tutub, sinəsinə çəkdi.

– Əbülfəz bəy…

– Bəli. Yəni adam o dəqiqə mənə mesaj verdi, birdən içində birnarahatçılıq olar ki, mənə qarşı çıxmısan. O zaman mən onda bir işıqgördüm. Budur liderlik. Qorxmayacaqsan. Heç nədən qorxmayacaqsan. Fərqlifikir olsun, hər şey olsun, qorxmayacaqsan. Əbülfəz bəylə bağlı yəqinki, mənə suallar ünvanlanıb. O mövzuya biz yenidən gələcəyik. Ammabirdən-birə Şəkidə təşkilat bütövlükdə – Əli Məsimli də bilirsiniz qarşıtərəfdə idi. Birdən Şəki rayon şöbəsi keçdi…

Əli Məsimli məni çağırıb dedi ki, “Sən də Şəkidənsən…”

sahib

– …Əli Kərimlinin tərəfinə?

– Xeyr. Klassik Xalq Cəbhəsinin tərəfinə. Əli Məsimli o zaman KXCP-dəidi. O zaman da parlament seçkiləri idi. Əli bəy o zaman məni çağırıbdedi ki, “Sən də Şəkidənsən…” O zaman mənim paralel olaraq Bakıda daişim var idi. Siyasətlə yanaşı, mən həmişə paralel olaraq biznesləməşğul olmuşam. “Siyasətlə qabağa gedim” fikrində olmamışam. Hər zamaniş sahəm olub – mətbəə işlətmişəm, telefon dükanlarım olub, biznesimolub. Reklam çarxı da olub ki, Region TV-də – Mingəçevir şəhərindəyayımlanıb.

– Hə, Mingəçevir şəhərində… Burada Emil Cəfərli yazıb ki, “hələ 2005-ci ildən özünün Mingəçevirdə biznesini qurmuşdu.”

– Təbii. Mən zatən xronoloji ardıcıllıqla bütün bunların hamısınıdeyəcəm. O zaman Əli bəy çağırıb məni dedi ki, “Şəkidə təşkilatbütövlükdə gedib. Parlament seçkiləridir. Dairə Seçki Komissiyasınatəqdim eləməyə adam tapmırıq. Sən bu prosesi idarə etməyi üzərinəgötürməlisən”. Təbii ki, mən də Şəkidə mümkün əlaqələrə keçdim. Beləiddia olunur ki, o zaman Şəkidə çox ciddi bir müxlifət strukturu varidi. Müsavat partiyası çox güclü idi. Güclü Klassik Xalq CəbhəsiPartiyası var idi. Yəni onları keçmişdilər o tərəfə. Çox güclü Boz Qurdtəşkilatı var idi. Fəal uşaqlar və ciddi təşkilatlanma var idi. Vəhdətpartiyası var idi. O zaman bir Əmək partiyasının da yaranmağına cəhdolunmuşdu. Bakıda yarana bilmirdi, amma Şəkidə çox ciddi təşkilatlanabilmişdi. Ciddi siyasiləşmə var idi və məlum 2000-ci ildə olan  Şəkihadisələri bunun nəticəsi olaraq parlament seçkilərinin sonunda başverdi. Xatırlayırsınızsa.

– Bəli.

– Bu zaman mən əlaqə yaratdım. Şəkinin mərkəzində yaxşı bir oteltikiblər, Şəki oteli. O zaman orada müxalifətin çayxanası vəqərargahları var idi. Rayonun mərkəzindəki bu çayxana çox uzun idi vətəsəvvür edin ki, o çayxanada 150-200 adam birdən çay içirdi. Onlarınböyük əksəriyyəti müxalifətçilər idi. Kəndlərdə ciddi təşkilatlanma varidi. O zaman icra başçısı Əşrəf Məmmədov yerli adam idi və qəsdənçayxanada yayılan o stolların arasından keçirdi. O zaman mübahisəyaranırdı ki, “durmaq lazım deyil…” Belə bir qarşıdurma yaranırdı. Kimsədurub görüşsəydi, polemika yaranırdı. Müxtəlif şeylər olurdu…

– O da pis adam olmayıb, çünki bir dəfə redaksiyamıza da gəlmişdi.

– Mən ümumiyyətlə, adamları pis-yaxşı yerə bölmək istəmirəm.

Problemlərin kökündə sistem məsələsi dayanır

16924259_1324881677573503_526816940_n

-Yəni demək istədiyim odur ki, hərəkata qarşı sərt, basqıçı olmayıb deyəsən.

– Bu, sistem problemidir. Bizdə bəzən problemlərin kökündə sistemməsələsi dayanır. Mən ona görə bir az da şəxsiyyətləri, ayrı-ayrıadamları xarakteristika eləmək məsələlərindən yayınıram. Niyə? Çünkihesab eləmirəm ki, Danimarkada rüşvət almayan məmur əxlaq baxımındanbizim rüşvət alan hacı məmurumuzdan daha çox əxlaqlıdır, yaxşı adamdırvə ya nədir. Yox. Bizim hacı məmur yeri gəlsə öz qohumuna, qardaşınayardım eləyir, kömək eləyir, bir mərhəmətli əli var. O məmurda inanmıramki, mərhəmət anlayışı bundan çox olsun. Amma o rüşvət almır, bu isəalır. Rüşvəti alıb-almamaq vətəndaşın fərdi əxlaqına bağlı məsələ deyil.Sistem qoymamalıdır. Yəni rüşvət almaq istəsə belə, onu eləmək üçünimkanlar məhdud olmalıdır. Sistem onu kilidləməlidir. Buna inandığımüçün insan faktoruna bir az məhdudiyyət qoyuram. Bu mərhələdə Şəkidəgəlib, mənim çayxanada deməyim ki, – bunun şahidləri var, kənddən dəkifayət qədər fəal uşaqlar var ki, dediklərimi təsdiq edə bilərlər –“Mən Əli Kərimlinin təmsilçisiyəm” və mənim vurulma təhlükəm var. Bunumənə açıq dedilər.

– Elə orada?

– Bəli, bəli. Necə ki, bu hadisə sonradan oldu. Bütün bunlarabaxmayaraq, mənim əlaqələrim də çeşidlidir, mən heç bir zamandayanmıram. Müxtəlif təbəqələrlə… “Ocaq” cəmiyyəti var idi. SabirYanardağ, Şamil Saleh, Elməddin Əlibəyzadə və s. Onlar Şəkiyə tez-tezgələrdilər və Şəkidə ciddi təşkilat var idi. Nəsib Muxtarovu yəqinxatırlayarsınız… Bəzən oxumağa da zaman çatmırdı. Amma Sabir Yanardağınyanına gedib, bir neçə sual vermək kifayət edirdi.

Əslində, mən ictimai hesabat verirəm

16923694_1324881474240190_1971234247_n

– Onun özü canlı tarix kimi bir adam idi.

– Hə, bəli, bəli. Zamanı bəzən bu cür şəxsiyyətlərlə, bu cür insanlarla– mən onlara faydalı insanlar deyirəm – kompensasiya eləmək olur.Onların əməyi də istismar sayılmır, cəmiyyət üçün faydalı əməkdir.“Ocaq” cəmiyyəti ilə əlaqə yaratdım. Siyasi proseslərə ardıcıllıqlagəlirəm. İstəmirəm qırılma olsun. Nə qədər suallarda ironiya vəaşağılama var, onlara bir ümumiləşdirilmiş cavab verməliyəm. Bəzisuallar da bu cavablarla yox olacaq. İddianın da haqlılığını ortayaqoymaq lazımdır. Əslində, mən ictimai hesabat verirəm. Amma hesabatımıda tam verməliyəm. Bitkin verməliyəm. Açıq yer qalmamalıdır. Sizin dəveriliş çox professionaldır, siz də çox professionalsınız. Bu məsələ dəçox həssasdır. Ona görə bir az yenilik eləyək. Bu məsələlərə kompleksyanaşım.

– Buyurun.

– Mən o zaman “Ocaq” cəmiyyətinə müraciət elədim ki, mənə bir adam verin, Dairə Seçki Komissiyasına təqdim edə bilim.

– Hətta adam belə yox idi?

– Yoxdu.

– Bir özünüzsünüz?

– Mən də Bakıda, Nəsimi rayonunda qeydiyyatdayam. Şəki ilə mənim əlaqəm1993-cü ildən kəsilib. İndi isə 2000-ci il idi. Həm də mən yeniyetməolanda bütün siyasi proseslər kənddə olub. İndi isə artıq rayonmərkəzidir. Və onlar mənə bir adam təqdim elədilər və həmin proses təbiiki, Klassik Xalq Cəbhəsi Partiyası (KXCP), o zaman Dairə SeçkiKomissiyasına adam verməklə bağlı hüquqi baxımdan o dövrdəkimübahisələri də yəqin ki, xatırlayırsınız?

– Bəli.

– Burada ciddi qarşıdurma yarandı ki, bu adamı kim təqdim eləyib? Adımüəyyənləşdirəndən sonra mənə xəbər gəlir ki, hamı Sahibi axtarır ki, okimi və niyə verib? O kimdir adam təqdim eləsin. Bura gəlməsin. Mən çoxcəsarətlə avtobusa oturdum, buradan bütün bizə lazım olan sənədlərigötürdüm. Partiya qərargahında o zaman mən əsasən gənclərin işi iləməşğul idim. Bütün rayon təşkilatı ilə bağlı seçki prosesi ilə bağlıDairə Komissiyasına verilən sənədlər-filan… Getdim həmin çayxanayayaxınlaşdım. Təsəvvür eləyin ki, bunu bilən kimi 7-8 stol ayağa qalxdı.Bunun şahidləri də var. Sonradan onlarla dostlaşdıq. Bizdə bir İlham bəyvar. O zaman KXCP-də idi. Əvvəllər icra başçısının müavini olmuşdu. O,tam olaraq vurmağa qalxdı. Elə bu an sonradan bizim rayon təşkilatınınsədri olan – çox təəssüf ki, onu mənimlə qarşı-qarşıya qoydular –“Bozqurd” təşkilatının sədri Əli Abdullayev ayağa qalxdı və bozqurdlarortaya girdilər. Orada bozqurdların da çox güclü təşkilatlanması varidi, müsavatçıların da… KXCP də ciddi təşkilatdır. Orada təsəvvür edinki, açıq-aşkar görünürdü müsavatçıların kənardan bizi müşahidə eləməyi. Ozaman onlar da kifayət qədər bizə qarşı aqressiv idilər. Sonralaronlarla da dostlaşdıq. Bakıxan bəy məni əvvəldən də tanıyırdı. Təsəvvüredin ki, davanı zor-güclə dayandırdılar və mən o insanlara dedim ki, “Aykişilər, biz müxalifətik!” Dedilər, “Yox, Əli Kərimli hökumətinadamıdır, siz hamınız satqınsınız, sizə bu mübarizədə yer yoxdur, siz bumilləti satmısınız. O dairəyə kimi vermisən?” Dedim, “Qardaş, dairəyəbirini mən vermişəm, iki yer də boşdur. Üç Dairənin bütün məntəqələriboşdur. İndi sizə sübut eləməkdən ötrü ki, mən müxalifətəm, burada elanedirəm, bizim heç kimimiz yoxdur. Siz o namizədlərin hamısını bizətəqdim eləyin.” Eyni vaxtda bir 20 stoldan sual gəldi ki, “deyərsən,eləməzsən.” Şəkidir də… Dedim, “deyərəm də, eləyərəm də, verinadamlarınızın hamısını təşkilat yaradım”. Bu zaman AMİP də qoşuldu. AMİPdə o zaman kifayət qədər ciddi təşkilat idi. AMİP-in, Boz Qurdun,Müsavatın, KXCP-nin arasında təsəvvür edin ki, 4 dairənin arasında ozaman bütün mətəqələrinə paylaşdırandan sonra – Xalq Cəbhəsinin dəəsaslı yeri vardı bilirsiniz… Bir məntəqədə iki yer, digər məntəqələrdəbir yer və s. – mən tədricən onlarla dostlaşmağa başladım. Dedim, “Bəli,burada təşkilat qurulacaq. Burada Əli Kərimlinin partiyasının da yerlistrukturu yaranacaq. Siz buna aqressiya ilə yanaşmamalısınız. Biz dəziyalı insanları tapacağıq. Biz də çalışacağıq ki, təşkilatlanaq. Bubelə olmalıdır. Əgər siz hesab edirsinizsə ki, Əli Kərimli satılıb vəhökumət adamıdır, bütün hallarda Yeni Azərbaycan Partiyasının buradasiyasi fəaliyyəti yoxdurmu? Bizim də Xalq Cəbhəsində siyasifəaliyyətimiz olacaq”.

Şəkidə AXCP-ni mən təşkilatlandırdım

16933709_1324882610906743_1338537479_n

Və mən AXCP-ni təşkilatlandırmağa başladım. Təsəvvür edin ki, ozamanlarda ciddi biznes gəlirlərim var idi. Mətbəə işi görürdüm və ozaman mətbəə işi də yenilik idi. Mən o pulu Şəkinin dərələrinə,dağlarına xərclədim. Yəni bunun şahidləri var. Mən öz cibimdən qərargahtuturdum, qərargahın ofis pulunu verirdim. Mən cibimdən partiyanın yerlişöbə sədrinə əmək haqqı verirdm. Mən dairə komissiyasında olan adamlaraiki-üç dəfə mobil telefon alıb vermişəm. O zaman mobil telefon xəyalkimi bir şey idi. 400-500 dollar dəyərində idi. “Sony Erixon” var idi,uzun. Bunun şahidləri var yəni. Cibimin pulu ilə bütün kəndlərdə ciddistruktur qurduq. Bir qohumum işləyirdi, şöbənin sədri oldu, keçmiş“raykom” işçisi idi. “Raykom”da təlimatçı işləmişdi. Ciddi təşkilatlanmailə biz orada struktur qurduq.Təsəvvür edin ki, biz Şəkidə 20 Yanvarda“Şəhidlər Xiyabanı”na yürüş eləyərkən, Müsavat partiyası bir kolonla,Boz Qurd partiyası bir kolonla, KXCP bir kolonla və AXCP də bir kolonlagedirdi. O zaman Müsavat partiyası ilə müqayisə oluna bilməsək də, AMİP,Boz Qurd Partiyası və KXCP ilə müqayisə olunacaq dərəcədə kolonumuzfərqlənirdi. Şəkidə güclü təşkilat qurduq. Orada mən Ali Məclisin üzvüoldum. Yəni mən biznesdə ola-ola siyasətdə də fəaliyyət göstərdim.Mitinqlər… 2003-cü ilin mitinqində..

– Yəni o zaman siz AXCP-ni müəyyən bir mövqeyə həm özünüzün çalışmanızla, həm də cibinizin pulu ilə gətirdiniz?

– Yerli şöbəni. Amma sonra…

– Təbii ki, söhbət AXCP-nin Şəki şöbəsindən gedir.

– Bəli, bəli, bəli. 2003-cü ildə də məlum prezident seçkiləri,bilirsiniz. Etibar Məmmədovun Şəkidəki mitinqi çox əzəmətli oldu.Baxmayaraq ki, bütün rəy sorğularında İsa bəy öndə idi. Şəkidə də təbiiki, İsa bəyin seçkilərdə qalib gələcəyi gözlənilirdi. Amma bütün bunlarabaxmayaraq, biz orada daha əzəmətli mitinq keçirə bildik. Elə də oldu.İsa bəy seçkilərdə qalib gəldi. Onda mitinqin aparıcısı da…

– O zaman siz Etibar Məmmədovun namizədliyini dəstəkləyirdiniz də. Əli Kərimlinin nümayəndəsi olaraq?

– Siz yəqin ki, 2003-cü il hadisələrini xatırlayırsınız… Ümumi siyasiprosesləri qiymətləndirərkən, liderlərdən umacağım və ya iddialı olduğumməsələlərə gələndə bu məsələlərin üzərinə gələcəyik, növbəti suallarda.Xüsusilə, mən bu siyasi proseslərdə necə fəallaşdım, necə partiyarəhbərinə… Çünki belə bir yanaşma var da… “Neçə illərdir, biryerdədirlər. Mübarizə aparırlar. Birdən-birə indi rejimlə ən sərtmübarizə aparıldığı yerdə Əli Kərimliyə qarşı durmağa başlayıb.”

Əslində, mən niyə qarşı çıxıram?

16901612_1324881680906836_1020299298_n

– Elə rəy var…

– Hakimiyyətin barmağı olmasa… Niyə qarşı çıxdı? Nə deyir? Əslində, mənbunu ifadə eləmək istəyirəm. Əslində, mən niyə qarşı çıxıram? Niyətənqid edirəm? Niyə elə görünürəm? Məsələn, mən niyə köhnə dostlarınbəzilərilə – çox az hissəsilə mən əlaqəmi kəsmişəm, istərdim ki, buşeylər olmasın. Amma bunu əsaslandırım. “Niyə”sini istəyirəməsaslandırım. Onu əsalandırmağın ana xətti – siyasətə mən necə gəlmişəm,bunun altını xüsusilə cıza-cıza gəlirəm. AXCP-də necə olmuşam, Əlibəylə dostluğumuz, mübarizə yolumuz necə olub? Onun bir xronologiyasınıvermək istəyirəm ki, məsələ bir az aydınlaşsın. Bəzən insanlar məsələyəmünasibətdə fərqli pəncərədən baxırlar. Məsələn, məni Razi Nurullayevilə eyniləşdirirlər.

– Sahib bəy, bunlara sual ətrafında gələcəyik. Gəlin, artıq bizbaşlayaq. Oxucu, tamaşaçı sizi bilir. Bildiyi üçün də bu qədər suallarıyağdırıb. Siz partiya sədri deyilsiniz, amma sizə partiya sədri qədərsuallar gəlib. Bir çox məsələləri narahatçılıqla soruşanlar var. Osuallara cavab verildikcə, məncə bir çox şeylər aydınlaşacaq. Əslində,mən bu sualla müsahibəyə başlamaq istəyirdim. Orxan Baxışlı maraqlı birsual ünvanlayıb sizə: “Sahib bəyə iki sualım var. 1. Sahib bəyqurultayda qalib gələcəyinə inamını belə ifadə edib: “Qalib gələcəyimədaha çox inanıram. Tərəfdarlarım durmadan artır. Şərəfli cəbhəçilər mənəbu böyük etmadı göstərməsələr, sıravi cəbhəçi olaraq, fəaliyyətimidavam etdirəcəyəm və bundan qürur duyacağam”. Bu gün isə nə siyasi xadimkimi, nə də sıravi cəbhəçi kimi fəaliyyəti demək olar ki, yoxdur. Bununsəbəbi nədir? Axı, onun özü söyləmişdi ki, “mən sədr seçilməsəm sıravicəbhəçi kimi fəaliyyət göstərəcəm və bununla qürur duyacam.” Bugünküfəaliyyətini qürurverici hesab edirmi? 2. Milli Şura üzvlüyündənkənarlaşdırılmasına münasibət bildirərək, qeyd edib ki, bu qərarıreferendumdan sonra geniş şərh edəcək. “Eyforik dönəmdir. Prosesin birmərhələsi bitsin, ayılmalar olsun, soyuq başla müzakirələr edərik.Ölkəmdə açılımların olması üçün siyasət ölkəyə qayıtmalıdır. İmitasiyayaqayıtmamalıdır. Ondan bir üst mərhələyə adlaya bilib, dövlətin vəcəmiyyətin potensialından istifadə etməliyik. Hələliksə, tezdir.Referendumdan sonra geniş açıqlama verəcəm. Ölkənin siyasi həyatınındaha da aydınlaşması mümkün olacaq. Başıma və başımıza dirənənləri sizətanıdacam.” Qeyd etdiyi siyasi ayılmalar baş verdimi? Bir də söyləmişdiki, “referendumdan sonra başıma və başımıza dirənənləri tanıdacam.”Buyurun, o şəxsləri tanıdın və necə dirəniblər, bunu da söyləyin ki,xalq da həqiqətləri bilsin”. Mən şəxsən bu açıqlama ilə indi tanışam. Bumüsahibə həm də odurmu? Başınıza dirənənlərin kimliyini açıqlamaqmıistəyirsiniz?

Siyasət ölkəyə qayıtmalıdır

sahib-evez1

– Siyasət ölkəyə qayıtmalıdır –ifadəsinin altını xüsusilə cızmışam.Siyasət ölkəyə hələ tam qayıtmayıb. Heç imitasiya prosesinə dəqayıtmayıb. Hökumət çox ciddi yanlış yola girdi. Hökumət fikirləşdi ki,neft pulları var, siyasi təşkilatları sıradan çıxarım, heç biralternativ qalmasın. Bu məsələ də bitsin. Beləliklə də, siyasətin bütünelementlərini qadağan elədi. İndi pul tükənib. Cəmiyyəti idarə etməküçün də pul lazımdır, ağıl lazımdır, sistem qurmaq lazımdır. Sistemiqurmaq üçün də siyasət qayıtmalıdır. Bu, şərtdir. Siyasi prosesbaşlamalıdır.

– Pül tükənibsə, deyirsiniz ki, siyasət qayıtmalıdır?

– Təbii, təbii. Əvvəllər böyük neft pulları əvəzinə loyallıq da satınalınırdı. İndi hökumətdə hər kəs danışacaq. Parlamenti görmürsünüz, necəçat verir. Siyavuş Novruzov məcbur olub deyir ki, komanda dəyişməlidir.Bu, nə deməkdir? Hansı komanda dəyişməlidir? Parlamentə göz ağardır. Bunə tələbdir? Amma tutalım ki, deputat Aqil Abbas bu problemləri birformada ifadə eləyir. Hökumətin pul vəsaiti ayırdığı ciddi media vardı.Azad yazarları da əmək haqqı müqabilində ora cəlb edə bilmişdilər. Hamınarazıdır, hamı tələb edir ki, sistem dəyişsin. Bu, hamının problemidir,ümumən. Elə hökumətin də problemidir, məmurların da… Orta məmurtəbəqəsi deyir ki, pul qurtarıb, indi bizim əlimizdəkiləri dəsatdıracaqlar. Ona görə də sistem dəyişsin, leqallaşma getsin… Yəni hərkəsin bir tələbi var. Ona görə də siyasət qayıtmalıdır. Siyasət hələ tamqayıtmayıb. Ona görə də, “nə başımıza, nə də başıma dirənənləri”, ümumisistem problemi adlandıraraq, amma ümumi siyasət qayıdanda artıq onlarciddi mane olmağa başlayanda təbii ki, onların adı tam çılpaqlığı iləaçıqlanacaq. Bilirsinizmi, belə bir yanaşmalar var. Bəzi tabuları qırım,sonra. Siyasətin üzərinə bir gəlmisinizsə, məhbus həyatı yaşamısınızsa,dəfələrlə məhkum olunmusunuzsa, iki dəfə deputatlığa namizədolmusunuzsa, seçkilərdə ciddi nəticələr göstərmisinizsə, təbii ki,hökumət, hökumət adamları səninlə hansısa formada ünsiyyətdə olacaq vəsiz də siyasi məhbus olmusunuz, kimləri görməmisiniz ki? Kimlərlə söhbəteləməmisiniz ki? Siyasətdə kimsə durub desə ki, mən hökumət adamı iləsöhbət etməmişəm, mənə hansısa təklif olunmayıb, bu, nağıl vəqeyri-ciddi söhbətlərdir. Cəmiyyəti aldatmaq lazım deyil. Cəmiyyətiarxanca aparmaq istəyirsənsə, ilk növbədə səmimi olacaqsan. Görüşürsən,söhbət eləyirsən, təkliflər də olur. Görüşdüyün adama baxır. Hansısəviyyənin adamıdır. Necə adamdır? Nə istəyir? Alverçidirmi? Məsələyəmakler gözü ilə baxırmı? Dəyərləri, düşüncələri görməzdənmi gəlir? Və yapulunu verib, səni almaqmı istəyir? Heç eləsi ilə təbii ki, cavabınıəvvəlcədən verib, öz şəxsiyyətinə hörmət edəcəksən. Bəzən bir məsələniqaldırırlar da… Bu adam millətçiliyə meyllidir-filan. Mən əslindəmillətçi deyiləm. Mən ona görə millətçiyəm ki, uşağımı çox istəyirəm.Yalan demərəm ki, uşaqlarımı millətimdən çox istəyirəm. Bu, qeyri-səmimiolar. Mən uşaqlarımı daha çox istəyirəm. Amma mən özüm bir var-dövlətsaxlayıb, öz uşaqlarımı gələcəkdə xoşbəxt eləmək, onlara  qalan pul vəs., təhsilsiz, sistemsiz olsalar bu onları xoşbəxt eləməyəcək. Amma birsistem qurulsa – xidmət edən sistem – səhiyəsi, təhsili ilə və başqaparametrlərlə, mən bilərəm ki, övladımın gələcəyi yaxşı olacaq. Bumənada o sistem də bu ölkə üçün qurulmalıdır, mən bunu ölkəm üçünistəyirəm. Əgər mən bunu öz ölkəm üçün istəyirəmsə, o zaman tamam, mənmillətçiyəm. Amma bütün hallarda səmimi olaq. Biz sistemi nə üçünistəyirik? İstəyirik ki, rahat yaşayaq, xoşbəxt, problemsiz yaşayaq. Bumənada mən millətçiyəm, deyib də, qışqırmıram. Amma milli mənafedeyərək, o dövlət məmuru ilə söhbət eləyəndə bunu qabardıram. Məsələn,şəxsi məsələ qabartsam, deyə bilər ki, şəxsi məsələn, şəxsi probleminnədədirsə, o zaman onu həll eləyək, məsələ də qurtarsın. O mənadadeyirəm ki, qardaş, bu milləti, bu cəmiyyəti dəyişmək lazımdır. Fərqlisistem qurmaq lazımdır. Bu mənada o hökumət adamları ilə danışanda,baxırsan…

Hökumət adamı ilə danışmaq deyəndə, əgər bu hökumət adamı…

16900176_1324881580906846_21748605_n

– Sizin hökumət adamları ilə danışıqlarınızmı gedir?

– Yox, danışıqlarımız gedir, demək də doğru deyil. Yəni müxtəlifhallarda rastlaşa bilərsən. Savadlı adamlar olur da. Məsələn, Şəkidəreferendumda, seçki vaxtında bir avtomobil məni izləyirdi. Birdostumuzla gedib onların ofisində oturmuşduq. Birdən ofisin başqa birişçisi gəldi ki, Sahib bəyin arxasınca avtomobil gəzir. Həmin adam daŞəkidə məşhur adamdır, Nəsib müəllim. Uzun illər neft bazasınındirektoru olub. 4-5 ay qabaq “Azərbaycan Saatı” proqramında danışıb.Təcrübəli adamdır. Arabir onunla görüşürük, mən onun təcrübəsindənsuallar verirəm. Söhbətimiz tutur. Maşın bizi izləyir, əl çəkmir. Bu daçıxıb dedi ki, nə istəyirsiniz? Mən çıxandan sonra bir də bu avtomobilarxamca gələndə orada bir mübahisə yarandı. Referendum günü idi. Dedilərki, rəis səni çağırır. Getdim, Şəkinin Polis İdarəsinin rəisidir. BakıDövlət Universitetinin hüquq fakultəsində dərs deyib. Nardaran səhvetmirəmsə, Sabunçu rayonunun ərazisidir. Orada əməliyyat rəisi olub.Kifayət qədər təcrübəli adamdır. Hakimiyyətə, dövlətə bağlıdır. Ammaciddi təcrübəsi var, ən azı BDU-da dərs deyir. Nardaran kimi ciddicəmiyyət üçün problemli sahədə əməliyyatlara rəhbərlik eləyib. Şəki kimirayonda da indi polis rəisidir. Təbii ki, mən onunla oturub, cəmiyyətinproblemini, sistemin problemini danışacam. Əgər savadlı, həssasiyyətliadamdırsa, bir də məsuliyyəti var. Onunla söhbət eləyəcəm, səmimidanışacam. Sistem problemini müzakirə eləyəcəm. Onun mövqeyi öz yerində,mənim mövqeyim öz yerində. Hökumət adamı ilə danışmaq deyəndə, əgər buhökumət adamı ilə “danışmaq” kimi nəzərdə tutulursa, danışmaqdır. Ammadanışmaq fərqli adamlarla da ola bilər. Yəni bu şəkildə. Söhbətdireləyirsən. Əsas məqsəd odur ki, biz istəyirik, ölkədə siyasi açılımlarolsun. Siyasət ölkəyə qayıtsın. Ölkəmizin ciddi problemi var.

– İndi nədir fikriniz? Siz partiya qurmaq istəyirsiniz?Deyəsən, elə suallar da var. Cəfər Şərbətov soruşur: “Siz yeni birmüxalifət partiyası yaratmaq istəyərdinizmi?”

– Hər dəfə məcbur oluram ki, özümə aid olan bir xronologiyadanbaşlayam. Bayaq dayandığım yerdən gəlirəm. Sual da onun içində istifadəolunacaq. Mən Şəkidə bu təşkilatlanmanı qurduqdan sonra 2005-ci ildədeputatlığa namizəd oldum. Hər kəs bilir ki, mən seçkilərdə qalibgəldim. Amma seçkilərə bir gün qalmış avtomobil qəzasına düşdüm.Müəmmalı şəkildə. Mən seçki günü koma vəziyyətində oldum. Bunabaxmayaraq, mənim əlimdə 20 məntəqədən uduş protokolu var. O zamanadamları qorxutdular, ciddi problemlər oldu. Nə isə… sözüm onda deyil.Mən 7-8 ay da qolumda dəmir yataqda qaldım. Mənim işimi məhkəməyə verənolmadı. Yəni o zaman “Azadlıq” blokundan namizəd idim. Məsələn, bizimpartiya, ADP, Müsavat partiyası o Blokda idi. Hər kəsin işi AvropaMəhkəməsinə təqdim olunmuşdu.

– Bir çoxu da Avropa Məhkəməsində bu işi uddu.

– Bircə mənim işim getmədi.

– Niyə? Sonra maraqlanmadınız?

– Çünki mənim işimlə sadəcə maraqlanan olmadı.

– Niyə? Səbəb nə idi?

– Maraqlanmadılar sadəcə. Bircə mənim işim getmədi.

– Hamının işi getdi, bircə sizin işiniz getmədi?

– Bəli, bəli, bircə mənim işim getmədi.

– Bəs sonra soruşdunuzmu partiya sədrindən, “Azadlıq” bloku rəhbərliyindən ki, “qardaşlar, niyə belə elədiniz?”

– Təbii ki, soruşdum. Elə mənim də gəlmək istədiyim məsələ odur. İlkxəyal qırıqlığı yaşadım və ayağa durandan sonra 2006-cı ildə kreditgötürdüm. Mən hələ də sənədləri saxlayıram, atamın, anamın, öz adıma80-90 min civarında kredit götürdüm. Sonradan mən onu hissə-hissəyatırdım. Dostlarla birlikdə Narmobile-nin distributorluğunu almışdıq.Mingəçevirdə 4 maqazin açmışdıq. Region TV-də bizim reklam çarxlarınümayiş olunurdu. Biz orada bir sistem qurmuşduq. Məsələn, mən bu bizneshəyatını yaşadım. Böhranlar yaşadıq. Dövlət sahibkarı qorumaq üçün nəetməlidir? Daha müfəssəl bilgilərim, təkliflərim var. Əslində, bunuyaşaya-yaşaya, siyasətdə ola-ola, bir də bu problemləri birəbir yaşadım.Mən o zaman 2008-ci ildə banklar vasitəsilə yaxşı bir sistem qurmuşdum.İstehlak krediti olurdu.

– Yəni biznes fəaliyyətiniz hər zaman davam eləyib?

– Bəli, bəli. 2005 uğursuzluğundan sonra cəmiyyətdə belə bir fikiryaranmışdı ki, ənənəvi müxalifət heç bir iş görə bilmir, bunlarsiyasətdən geri çəkilməlidirlər. Liberal xətt ortaya çıxmışdı. “Dalğa”Gənclər Təşkilatı var idi. “Alma” qəzetinin ətrafında gənclərtoplaşmışdılar. Onların bütün bunlara kifayət qədər tənqidi yanaşmasıvar idi. Qərbin liberal problemlərini daha üst plana çıxarmaq və buyöndə fəaliyyətlərini davam etdirmək və s. belə bir strukturlar var idi.Bir az da siyasətdən çəkilib, onlar yəqin bir şeylər bilirlər,eləyərlər, bir az da onun fikri ilə demək olar, siyasətdən tamamiləçəkilib, bu biznes fəaliyyəti ilə məşğul oldum. 2008-ci ildə Kərimlizəng elədi, Əli bəy, “proses ağırdır, sən qayıtmalısan, təşkilatı bərpaeləməliyik” dedi. Bilirsiniz ki, 2005-2008-ci illər arası 3 il ərzindəhökumət konkret olaraq siyasi partiyaları dondurmuşdu.

– Durğunluq hakim idi.

– Bəli, bəli. Əli bəy dedi, “…Facebook-a gəl!”

– Yəni sizi facebook-a gətirən də Əli bəy olub?

I hissənin sonu

Mənbə: Strateq.Az