Xəbər lenti

"Siz hürməyinizdə olun!" - azərbaycanlı müğənni
Maqazin18:05 25.01.2015

"Siz hürməyinizdə olun!" - azərbaycanlı müğənni

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Müğənni Nura Suri “Gündəlik” verilişində canlı oxuya bilməməsi haqda yayılan xəbərlərə münasibət bildirib. “Qafqazinfo”nun məlumatına görə, sənətçi bu haqda sosial şəbəkədə yazıb:
“8 aydır ki, efirə çıxmırdım, başım dinc oturmuşdum. Öz işlərimlə məşğul idim. Efirə çıxan kimi başlandı. Aparıcıları başa düşürəm (Reytinq üçün müğənniləri sancmaq adət halını alıb), bu birilərinə nə olub? 10 ildir ki, şou-biznes sahəsindəyəm. bu 10 ildə nə qədər haqsızlıq, paxıllıq ediblər, o qədər mən yüksəlmişəm, güclənmişəm. Allah ruzimi də, məni sevənləri də bol edib. Kişi kimi qazanıb həm ailəmi dolandırıram, həm də sənətimdə irəli gedirəm. Siz hürməyinizdə, mən isə öz işimdə olun”.
Qaynar.info