Xəbər lenti

"Tarix bunu bizə bağışlamayacaq" -Qubad İbadoğlu
Siyasət07:56 09.09.2013

"Tarix bunu bizə bağışlamayacaq" -Qubad İbadoğlu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İqtisadçı ekspert Qubad İbadoğlu hesab edir ki, Ermənistan Gömrük İttifaqına qoşulduğuna görə daha Azərbaycan hökumətinin Avropa Birliyi ilə Assosiasiya Sazişi imzalamaması üçün bir əsas qalmır.

“Media forum” saytına açıqlamasında Qubad İbadoğlu deyib ki, Azərbaycan hökuməti Ermənistanın bu sazişi və azad ticarət sazişini imzalayacağı təqdirdə Dağlıq Qarabağ mənşəli malların Ermənistan vasitəsilə Avropaya gedəcəyindən, Avropa mənşəli malların Ermənistan vasitəsilə Dağlıq Qarabağa gətiriləcəyindən ehtiyatlandığını bildirirdi: “İndi ermənilər Gömrük İttifaqına qoşulmağa üstünlük verdisə və Avropa Birliyi də buna görə onlarla Assosiasiya Sazişini imzalamayacağını bəyan edirsə, deməli, Ermənistan bu prosesdən kənarda qalır. Ona görə də Azərbaycan Avropa Birliyi ilə danışıqlar prosesinə başlamağa və sazişi imzalamağa hazır olduğunu açıqlamalıdır”.

Ekspert əlavə edib ki, belə imkanı əldən buraxmaq olmaz: “Bizim başqa alternativimiz yoxdur. Gələcəyə baxmaq gərəkdir, əks təqdirdə tarix bunu bizə bağışlamayacaq”.

Qaynar.info