Xəbər lenti

"...Tolikə dərin minətdarlığımı bildirəcəm" - Seymur Baycan
Sənət11:22 29.02.2016

"...Tolikə dərin minətdarlığımı bildirəcəm" - Seymur Baycan

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Seymur Baycan prodüser Tarix Əliyevin ( Tolik) onun kitabına sponsurluq etmək istəməsinə münasibət bildirib.

Seymur Baycan dünən yeni kitab üzərində işləməsi, lakin maddi problemlər baxımından çap edə bilməməsini bildirmişdi. O kitab çapı ilə bağlı oxucularına müraciə etmişdi.

Bu gün isə prodüser Tolik Seymur Baycanın yeni kitabının çap edilməsinə sponsurluq edə biləcəyini deyib. Tolik qeyd edib ki, Seymur bəy kitabının çap olunması üçün lazım olan məbləği açıqlasa, mən çalışacam onu maliyyələşdirim.

Qaynar.info xəbər verir ki, Seymur Baycan Tolikin kitab çapına edə biləcəyi sponsurluqla bağlı bunları deyib: "Tolik bir çoxlarından daha insani münasibət göstərdi. Bu vaxta qədər kitab nəşr edəndə kitabın nəşrinə köməklik edən adamların adın çəkməmişəm. Bəzən bunu özləri də istəməyib, amma Tolik kitabın nəşrinə həqiqətən də sponsorluq etsə bu dəfə ənənəni pozacam. Kitabın elə birinci səhifəsinə iri və qara şriflərlə yazacam ki, kitabın nəşrində göstərdiyi köməkliyə görə Tolikə dərin minnətdarlığımı bildirirəm".

Xatırladaq ki, 3 il əvvəl Seymur Baycan "Tarixin Tolikə çevrilməsi" adlı yazı yazmışdı

Qaynar.info