Xəbər lenti

"Traktorsazi" Çempionlar Liqasında ilk qələbəsini qazandı
İdman20:11 26.02.2014

"Traktorsazi" Çempionlar Liqasında ilk qələbəsini qazandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Futbol üzrə  İran çempionatında mübarizə aparan Təbrizin “Traktorsazi” komandası Asiya Çempionlar Liqasında ilk oyununa çıxıb.

APA-nın verdiyi məlumata görə, Təbriz klubu bu gün saat 16:30-da “Səhənd” stadionunda Səudiyyə Ərəbistanının “əl-İttihad” komandasını qəbul edib. Qarşılaşmanın ilk hissəsi bərabər mübarizə şəraitində keçib, hətta “Traktorsazi” oyunu azlıqda davam etdirib. Belə ki, Təbriz komandasının oyunçusu Əli Kərimi 59-cu dəqiqədə ikinci sarı kart alaraq, qırmızı vərəqə ilə cəzalandırılıb.

Ancaq Toni Oliveyranın yetirmələri oyundan üç xalla ayrılmağa nail olublar. Qarşılaşmanın 82-ci dəqiqəsində Kərim Ənsarifərd Təbriz komandasına qələbə gətirən yeganə qola imza atıb – 1:0. Qarşılaşmanı 50 min azarkeş izləyib.

Qeyd edək ki, Təbriz klubunun Asiya Çempionlar Liqasının C qrupundakı digər rəqibləri Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Qətərin komandalarıdır.

Qaynar.info