Xəbər lenti

"WhatsApp" istifadəçilər üçün daha bir yenilik edib
Ölkə05:59 06.04.2016

"WhatsApp" istifadəçilər üçün daha bir yenilik edib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"WhatsApp" populyar yazışma mobil mesenceri məlumatların kodlaşdırılmasının yeni sistemini tətbiq edib.

Dəyişikliklə əlaqədar istifadəçilərə xəbərdarlıq mesajı göndərilib.

Məlumatda deyilir ki, artıq istifadəçilərin məlumatları və zəngləri tətbiq vasitəsi ilə üçüncü tərəf üçün əlçatmaz olacaq. Kodlaşdırmanın həqiqiliyinin yoxlanılması üçün istifadəçilərə yeni kodlaşdırma sistemini QR kodu ilə yoxlamaq təklif edilir.

Qeyd edilir ki, istifadəçilərin məlumatlarının mühafizə sisteminin yaxşılaşdırılması üçün tətbiq daim təkmilləşdirilir.//report

Qaynar.info