Xəbər lenti

"Xəzər TV"nin məşhur verilişi yayımını dayandırdı
Maqazin13:25 03.06.2016

"Xəzər TV"nin məşhur verilişi yayımını dayandırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Xəzər” telekanalında yayımlanan “Yeri gəlmişkən” verilişinin yayımı dayandırılıb. Axşam.az-ın məlumatına görə, bu haqda proqramın aparıcısı, aktrisa Zümrüd Qasımova xəbər verib. 
O, canlı efirdə mövsümün son buraxılışını yayımladıqlarını deyib: “Bir ildən çoxdur ki, efirdəyik. Çalışdıq tamaşaçılara pozitivlik, yüksək əhval-ruhiyyə ötürək. Bizi izləyənlərin sevgisini qazandıqsa, demək xoşbəxtik. Qismət olsa, yenidən görüşərik”.
Qaynarinfo.az