
Azərbaycanda yeni partiya yaranır.
Bu barədə publika.az saytı savash.org-a istinadən məlumat yayıb.
Qanunçuluq Çərçivəsində Mötədil Tərəqqi Partiyası adlanan yeni partiyanın yaradılması ilə bağlı məlumatı Qaynar.info-ya tanınmış araşdırmaçı jurnalist Xədicə İsmayıl da təsdiq edib.
X. İsmayılın sözlərinə görə, partiya yaxın günlərdə rəsmi şəkildə təsis olunacaq: "Partiyanın yaradılması ilə bağlı təşəbbüs qrupunda məndən başqa Zamin Hacı, Şahvələd Çobanoğlu, Elnur Astanbəyli, Elmir Mirzoev, Rəşad Şirin var. Yaxın günlərdə partiyanın rəsmi şəkildə təsis olunması və ictimaiyyətə açıq elan edilməsi planlaşdırılır".
Qeyd edək ki, bu xəbər qeyri-ciddi xəbərə oxşayır. Hələ bunun ironiya ilə yazıldığını da iddia edənlər var.
Qaynar.info