
Bakıda AFFA-nın dəstəyi ilə İtaliyanın "Yuventus" klubunun layihəsi həyata keçiriləcək.
Qaynar.info xəbər verir ki, "Yuventus"un yay futbol düşərgəsi olacaq. Məşqlər iyundan start götürəcək. Bu düşərgəyə 5-15 yaşlı uşaqlar götürüləcək. Məşqlər Bakı Olimpiya Stadionunda keçiriləcək.
1 uşağın bu düşərgədə 1 həftəlik məşqi 250 avroya nəzərdə tutulub. Düşərgəyə həm peşəkar (hansısa kluba məxsus olan - red.), həm də həvəskar futbolçular yazıla bilər. Məşqləri "Yuventus" Futbol Akademiyasının 3 məşqçisi keçəcək.
Düşərgənin sonunda məşqlərdə iştirak etmiş futbolçulara "Yuventus"un rəsmi forma dəsti, eləcə də düşərgənin təşkilatçısı olan "YU Azerbaycan" şirkəti tərəfindən xatirə suvenirləri təqdim olunacaq.
Qaynar.info