Dünya 14:34 22.01.2023

Quranın yandırıldığı İsveç hökuməti geri addım atdı

Danimarka mərkəzli irqçi Ciddi İstiqamət Partiyasının (Stram Kurs) lideri Rasmus Paludanın Türkiyənin İsveçdəki səfirliyi önündə Quran kitabını yandırması etirazlara səbəb olub.

Qaynarinfo xəbər verir ki, İsveç polisinin müdaxilə etmədiyi olaydan sonra başda Türkiyə olmaqla əksər müsəlman ölkələri etiraz edir.

Etirazlardan sonra İsveçin baş naziri Ulf Kristersson "Twitter"də açıqlama yayaraq hadisəni qınayıb:

"İfadə azadlığı demokratiyanın əsas hissəsidir. Ancaq bir şeyin qanuni olması onun uyğun olması demək deyil. Çoxları üçün müqəddəs olan bir kitabı yandırmaq son dərəcə hörmətsizlikdir. Bu gün Stokholmda baş verənlərdən narahat olan bütün müsəlmanlara hörmətimi bildirirəm"

İsveçin xarici işlər naziri Tobias Billström də hadisəni qınayıb: "İsveç geniş ifadə azadlığına sahib ölkədir. Lakin bu, İsveç hökumətinin və ya mınim ifadə olunan fikirləri dəstəklədiyimiz anlamına gəlmir. İslamofobik təxribatlar qorxuludur".

Qeyd edək ki, radikal sağçı olan Rasmus Paludanın həm İsveç, həm də Danimarka vatandaşlığı var.

Aydın