İdman 22:37 26.07.2022

Qurban Qurbanov: "Demək olar ki, buna hazırıq"

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Sürix"lə cavab matçından öncə baş tutan mətbuat konfransında fikirlərini bildirib.
 
Qaynarinfo xəbər verir ki, mütəxəssis bunları söyləyib:

"Çox vacib və maraqlı matça hazırlaşırıq. Fərqli oyun göstərən komandaya qarşı mübarizə aparacağıq. Bu görüşə hazırlaşmaq üçün xeyli vaxtımız oldu. Amma bilirik ki, rəqib də bu matça ciddi hazırlaşıb. Çempionat oyunlarında bəzi əsas futbolçulara istirahət verilməsi də bunu deməyə əsas verir. Meydanda hər şeyə hazır olmalı, yaxşı nəticə qazanmaq üçün həddindən artıq güc sərf etməliyik. Demək olar ki, buna hazırıq".
 
Səbuhi Həsənov