Xəbər lenti

Quru sərhədlərin bağlı qalmasının regional təhlükəsizliyə faydası var (ŞƏRH)
Siyasət14:36 25.08.2022

Quru sərhədlərin bağlı qalmasının regional təhlükəsizliyə faydası var (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda vaxtaşırı gündəmə gətirilən məsələlərdən biri quru sərhədlərin hələ də bağlı qalmasıdır. 
Qaynarinfo xatırladır ki, Azərbaycan quru sərhədlərini 2020-ci ilin mart ayından etibarən qapadıb. Səbəb koronavirus pandemiyasıdır. 
Covid-19 dünyada vüsət alanda Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsi ilə dünya ölkələri, o cümlədən Azərbaycan qapanmaya getdi. Karantin rejimi çərçivəsində ölkənin quru sərhədləri də qapadıldı.
Pandemiya əvvəlki tək təhlükəli səviyyədə olmasa da, davam edir. Gündəlik koronavirusa yoluxanların sayı 600-ü ötüb. Bununla belə, Nazirlər Kabineti pandemiya ilə əlaqədar müəyyən qadağaları aradan qaldırıb. Lakin hökumət quru sərhədlərini açmağa, hələ ki, tələsmir. 
Bunun bir səbəbi yuxarıda qeyd etdiyimiz kimi pandemiyanın davam etməsi ilə bağlıdır. Ekspertlərin fikrincə, koronavirusun yeni ştamları yayılır və peyvəndləşmə prosesi hələ ki, bu bəlanı tamamilə aradan qaldırmağa imkan vermir. Bu baxımdan, bəzi ölkələr, o cümlədən Azərbaycan quru sərhədlərini açmağa ehtiyat edir. 
 
Lakin quru sərhədlərinin bağlı qalmasının səbəbi pandemiya olsa da, regional proseslərin sonrakı inkişafı zamanı həm də ölkənin təhlükəsizliyi baxımından əhəmiyyət kəsb etməyə başladı.
2020-ci ilin sentyabrında Azərbaycan işğal altında olan torpaqlarını azad etmək üçün Qarabağda hərbi əməliyyatlara başladı. 44 günlük müharibə Azərbaycanın qələbəsi ilə bitsə də, münaqişənin tamamilə sona çatdığını söyləmək hələ tezdir. Postmüharibə dövrü davam edir. İstər Ermənistan, istərsə də Qarabağdakı seprataçı qüvvələr vaxtaşırı təxribatlara əl atır, Azərbaycanın mövqeləri atəşə tutulur, qısamüddətli hərbi əməliyyatlar keçirilir. Yəni, postmüharibə dövrü o qədər sakit keçmir. Azərbaycanın sərhədd qonşusu olan İran İslam Respublikası Azərbaycanın Qarabağ problemini həll etməsindən, öz sərhədlərini tam bərpa etməsindən, bütün bunlardan sonra regionda yaranan yeni situasiyadan o qədər də məmnun görünmür və bunu açıq ifadə etməkdən də çəkinmirlər. 
Digər tərəfdən, bu gün dünya Rusiya-Ukrayna müharibəsi fonunda qlobal qarşıdurma dövrünü yaşayır. Azərbaycanla quru sərhədi olan ölkələrdən biri də Rusiyadır. Bakı ilə Moskva arasında müəyyən sahələrdə əməkdaşlıq mövcud olsa da, şimal qonşumuzun ölkəmizə dost münasibəti bəslədiyini söyləmək olmaz. Əksinə, bir çox hallarda Kreml Azərbaycanın maraqlarına zidd siyasəti ilə seçilir. Bu, istər 44 günlük müharibədə, istərsə də postmüharibə dövründə özünü dəfələrlə büruzə verib. 
Belə olan halda sərhədlərin bağlı qalması Azərbaycanla quru sərhəddi olan iki qeyri-dost ölkənin ehtimal edilən diversiya fəaliyyətlərindən qorunmaq üçün əlavə üstünlük yaradır. Buna görə də əminliklə demək olar ki, bu həssas dönəmdə quru sərhədlərin bağlı olması təhlükəsizlik baxımından Azərbaycanın xeyrinə işləyir.  
Aydın