Xəbər lenti

Qurultaydan sonra Müsavat Partiyasından hansı namizəd gedəcək? - AÇIQLAMA
Siyasət11:22 06.09.2014

Qurultaydan sonra Müsavat Partiyasından hansı namizəd gedəcək? - AÇIQLAMA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Son günlər gündəmin əsas mövzularından biri də Müsavat Partiyasının sentyabrın 27-də keçiriləcək qurultayı ilə bağlıdır. 

Demək olar ki, partiya ətrafında gedən müzakirələr və mediada müəyyən ittihamların səslənməsi qurultayın gərgin kecəcəyindən xəbər verir. Hətta qurultaydan sonra Müsavat Partiyasına istefaların olacağı da istisna edilmir. 

Bunların arasında başqanlığa namizədlərin də yer alacağı iddia olunur. 

Qeyd edək ki, Müsavat Partiyasının başqanlığına 4 namizəd var. Bunlar Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, İsa Qəmbərin keçmiş müşaviri Səxavət Əlisoy, partiyanın divan üzvləri Qubad İbadoğlu və Tural Abbaslıdır. 

Mövzunun aktaullığını nəzərə alıb Müsavat Partiyası başqanlığına namizəd olan şəxslərə yayılan iddialarla bağlı müraciət etdik. "Başqan seçilə bilməyəcəyiniz təqdirdə, Müsavat Partiyasında siyasi fəaliyyətinizi davam etdirəcəksinizmi?" sualına cavab axtarmağa çalışdıq. 

Qaynar.info xəbər verir ki, başqanlığa namizəd Arif Hacılı Aktual.Az-a açıqlamasında suala belə cavab verib: "Əgər seçkilərdə mən yox, başqa namizəd qalib gəlsə, mən yenə də partiyada qalacağam!".

Müsavat başqanlığına digər namizəd Qubad İbadoğlu bildirib ki, partiyada qalıb fəaliyyətini davam etdirməsi seçkilərin demokratik və ədalətli keçirilməsindən asılıdır: "Əgər başqan seçilməsəm, azad, ədalətli və demokratik seçkinin qalibi ilə partiyada qalıb fəaliyyətimi davam etdirəcəm". 

Səxavət Əlisoy isə qeyd edib ki, onun partiyanı tərk etmək fikri yoxdur: "Bu suala konkret olaraq "yox" cavabı verərəm. Kimin başqan seçilməsindən asılı olmayaraq, partiyada qalacağam. Heç bir yerə getmək fikrim yoxdur". 

Başqanlığa iddialı Tural Abbaslı da partiyanın maraqlarını üstün tutduğunu və fəaliyyətini davam etdirəcəyini deyib: "Mən Müsavat Partiyasının siravi üzvlüyündən divan üzvlüyünə qədər yüksəlmişəm. Mən partiyamla siravi üzv olanda da, divan üzvü olanda və başqanlığa namizəd olanda da fəxr etmişəm. Əgər sabah seçilməsəm belə, mən yenə müsavatçı olacağam və başqan kimin seçilməyindən asılı olmayaraq Müsavat Partiyasında qalıb, mübarizəmi aparacağam. Yəni mənim üçün müsavatçılıq var, Müsavat Partiyası var, şəxslər önəmli deyil. Sabah hər hansı bir şəxs partiyadan gedə bilər, amma partiya qalır. Mənim üçün belə məsələlər ümumiyyətlə müzakirə mövzusu deyil".

Qaynar.info