Yeni tədris ili ərəfəsində Rabitəbank təhsil sahəsində çalışan şəxslər üçün Nağd Pul krediti üzrə xüsusi kampaniyaya start verib. 13 iyul – 31 avqust 2026-cı il tarixlərini əhatə edən kampaniya çərçivəsində müəllimlər və digər təhsil işçiləri 50 000 AZN-dək məbləğdə krediti güzəştli şərtlərlə əldə edə biləcəklər. Kampaniya çərçivəsində təqdim olunan Nağd Pul krediti 59 ayadək müddətə rəsmiləşdirilir və illik faiz dərəcəsi 9,5%-dən başlayır.
Digər banklardakı kreditlərini Rabitəbanka köçürmək istəyən müştərilər üçün də xüsusi üstünlüklər nəzərdə tutulub. Kredit transferi zamanı faiz dərəcəsinə 3%-dək endirim tətbiq edilir, transfer kreditləri isə 0% komissiya ilə rəsmiləşdirilir. Faiz endirimi transfer edilən kreditlər arasında qalıq borcu ən yüksək olan kreditin faiz dərəcəsi əsasında hesablanır. Yeni transfer kreditinin məbləği bağlanacaq kreditlərin ümumi məbləğinin 1,5 mislindən artıq olduqda isə 0,5% komissiya tətbiq olunur.
Kampaniyadan faydalanmaq və ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz: https://rbt.az/tehsil
Rabitəbank müxtəlif peşə sahibləri üçün hazırladığı xüsusi kampaniyalarla müştərilərinin maliyyə imkanlarını genişləndirməyə davam edir. Təhsil işçiləri üçün təqdim olunan bu kampaniya da onların maliyyə ehtiyaclarını daha sərfəli şərtlərlə qarşılamağa imkan yaradır.
Məlumat üçün bildirək ki, "Rabitəbank” ASC 1993-cü ildən etibarən fəaliyyət göstərir və "Rahat bankçılıq” konsepsiyası əsasında müştərilərinə müasir və əlçatan maliyyə xidmətləri təqdim edir. Bankın nizamnamə kapitalı 101,3 milyon manatdır. Ölkə üzrə geniş filial şəbəkəsi, rəqəmsal bankçılıq həlləri və peşəkar komandası ilə Rabitəbank müştərilərinə dəyər yaradan xidmətlər təqdim etməyə davam edir. Bankın əsas səhmdarları "Azərbaycan Banklar Assosiasiyası”nın prezidenti Nuriyev Zakir Əlibala oğlu və iş adamı, sahibkar Əliyev Rauf Zeynal oğludur.
Hal-hazırda "Rabitəbank” ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 31 xidmət məntəqəsi, 78 ATM-i, "Rabita Mobile”, "Rabita Junior” və "Rabita Business” tətbiqləri, İnternet Bankçılıq platforması və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.
Şərhlər