"Bu sayaq fikirlər əslində informasiya müharibəsinin tərkib hissəsidir”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Cümşüd Nuriyev Ukrayna Radasının "Müxalifər Platforması-Həyat Naminə” Partiyasından olan deputatı Vadim Rabinoviçin sosial şəbəkədə müharibənin artıq başlandığı, amma onu diplomatları Ukraynadan çıxarmaq, investorların ölkəni tərk etməsilə Qərbin apardığı barədə iddiasına münasibət bildirərkən deyib:
"Hər zaman müharibədən qabaq informasiya müharibəsi geniş yayılır. Rabinoviçin açıqlaması da Kremlin maraqlarına xidmət edən bir informasiya müharibəsidir. Rusiya nə qədər gizlətsə də, Qərb onun planlarını bilir və ondan ehtiyat edir. Ona görə də müharibənin başlayacağı tarixi elan etməklə bir növ Rusiyanı qabaqlamağa çalışdılar. Buna nə qədər nail olub-olmadıqlarını deyə bilmərəm. Amma hər halda görünən odur ki, tədricən Qərbin istədiyi baş verir”.
Politoloq qeyd edir ki, müharibənin başlanması üçün bütün daxili və xarici şərtlər yetişib:
"Kim nə deyir desin, Qərb Rusiyanın müharibəyə başlamasından ehtiyat edir. Ona görə də ehtiyat tədbiri olaraq öz vətəndaşlarını Ukraynadan çıxarır. Bu reallıqdır və qeyri-adi bir şey yoxdur. Düzdür, müharibənin fevralın 16-da başlayacağı inandırıcı deyil. Bununla belə, müharibə ehtimalı da yüksək olaraq qalır. Kiyev hakimiyyəti üçün də müharibə sərfəlidir. Çünki proses ətrafında danışıqlarda heç bir irəliləyiş yoxdur”.
Rüfət Sultan