
Bugünə qədər bir çox filmlərdə çəkilən xalq artisti Rafael Dadaşov çox nadir hallarda seriallarda görünür.
Aktyor peşəkar şəxslərin seriallardan uzaq düşməsindən şikayətləndi. O gənclərin istedadlı olduğunu dilə gətirsə də, bu sahədə daima peşəkar şəxslərə ehtiyac duyulduğunu deyib.
Qaynarinfo.az xəbər verir ki, Dadaşov seriala çəkilməməsinin səbəbin də açıqlayıb. Aktyorun dediyinə görə rejissorlar ona istədiyi qonorarı ayırmadığı üçün seriallarda görünmür
“Bugün bir çox istedadlı gənclərimiz var. Onlar tez-tez seriallarda rol alır. Rejissor isə mənim kimi aktyorları zirvədə hesab edib yaxınlaşmır. Bilir ki, gənc aktyora nisbətən daha çox pul verməli olacaq. Xaricdə Tom Kruz 20 milyona bir seriala çəkilirsə, Azərbaycanda Rafael Dadaşov 10 minə çəkilir. Amma o pulu ayırandan sonra, çəkilin kənardan serialı izləyin. O zaman fərqi görəcəksiz”.
Qaynarinfo.az