
İkinci devalivasiyadan öncə Rafet El Romanın Bakıda konsert verməsi planlaşdırılsa da, daha sonra təşkilatçıların bu arzuları ürəklərində qaldı.
Qaynarinfo.az xəbər verir ki, hətta xeyli sayda bilet satıldıqdan sonra Rafetin gəlməyəcəyi bəlli olanda, bilet alanlar təşkilatçılardan şikayətçi olmuşdu. Ötən dəfə Rafetlə pul məsələsinə görə razılaşa bilməyən təşkilatçı Nahid Emiloğlu onu yenidən Bakıya gətirməyi planlaşdırır.Hətta bununla bağlı olaraq Türkiyəyə səfər edən Nahid konsertin adının Məcnun olduğunu söyləyib.
Qeyd edək ki, Rafetin Bakı konserti sentyabrın 3-də reallaşacaq.
Qaynarinfo.az

