Xəbər lenti

Rafiq Tağıya və bütün şəhidlərə (ŞEİR)
Sənət07:51 05.08.2019

Rafiq Tağıya və bütün şəhidlərə (ŞEİR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
QARDAŞXAN
QANUNUN GERİYƏ QÜVVƏSİ YOXDUR
Rafiq Tağıya və bütün şəhidlərə
Zaman başım üstdən keçir, ayağım altdan yer qaçır..,
Neylə,–yerə gir, göyə çıx,–neylirsən eylə,–gor açıq...
Tərs-məzhəb çərxi-fələk Yer hey fırlanıb yer açır,–
Zamanın geriyə qüvvəsi yoxdur!
"Dünya mənim” deyən insan, rütbələrin girovusan..,
Qan, bu şəhid qanlarının bahasıdır aldığın ad...
İrin-qan olub burnundan töküləcək çapqın həyat,–
Dünyanın geriyə qüvvəsi yoxdur!
Dünyanı dördəlli tutan, ikiəlli torpağı tut,
Dərd-sərin sər dərdi–torpaq, dərmanı hər dərdin–torpaq,
Arzular arzusu torpaq arzumuz çat-çatdır.., çat, çat!..
Arzunun geriyə qüvvəsi yoxdur!
Evləri göydələnlərim, bir son mənzil də var ancaq..,
Dünya səndən soyuyanda, sən dünyanı soyunanda
Yenə bizə qucaq açan sonunda torpaq olacaq...
Torpağın geriyə qüvvəsi yoxdur!..