Xəbər lenti

Rahim Şalıyevə vəkili ilə görüşməyə icazə verilməyib
Siyasət08:00 21.02.2017

Rahim Şalıyevə vəkili ilə görüşməyə icazə verilməyib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Respublikaçı Alternativ Hərəkatının Sumqayıt məclisinin fəalı, jurnalist Rahim Şaliyevə vəkili ilə görüşməyə icazə verilməyib.

Bu barədə məlumatı Qaynarinfo.Az-a Rahim Şalıyevin vəkili Yalçın İmanov verib.

Yalçın İmanovun sözlərinə görə, Sumqayıt Şəhər Polis İdarəsinin rəis müavini, polkovik leytenat Hikmət Qasımovun göstərişi nəticəsində görüşə icazə verilməyib.

Rahim Şalıyev fevralın 20-də həbs edilib.

O, xırda xuliqanlıqda və polisin qanuni tələbinə tabe olmamaqda günahkar bilinərək, 30 sutka müddətində inzibati qaydada həbs edilib.

REAL partiyası Rahim Şalıyevin həbsini qınayan bəyanat yayıb. Bəyanatda qeyd olunub ki, bu, siyasi həbsdir və hakimiyyətə baş ucalığı gətirmir.

Qaynarinfo.Az