Xəbər lenti

Ramazan bayramı günü iftar süfrəsi? - İcra Hakimiyyəti 7 min xərcləyəcək
Ekonomiks 16:31 12.03.2025

Ramazan bayramı günü iftar süfrəsi? - İcra Hakimiyyəti 7 min xərcləyəcək

Biləsuvar Rayon İcra Hakimiyyəti iftar süfrəsi təşkil edəcək. 

Qaynarinfo xəbər verir ki, İcra Hakimiyyəti bununla bağlı kotirovka soruğusuna yekun vurub. 

Sorğunun qalibi fərdi sahibkar Hüseynov Eldəniz Mirzəhüseyn oğlu seçilib. Tərəflər arasında 7 248,5 manat dəyərində satınalma müqaviləsi bağlayıb. 

Müsabiqənin şərtlərində satınalma predmeti "Ramazan bayramında iftar süfrəsinin təşkili xidmətlərinin satın alınması" kimi qeyd edilib. Halbuki Ramazan bayramı günü iftar süfrələri təşkil olunmur. İslam dininin qaydalarına əsasən, ümumiyyətlə Ramazan bayramı günü oruc tutmaq haramdır. 

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətovdur. O, 2020-ci ildən rayona rəhbərlik edir. 

Seyid

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->