
Bu gün gənc siyasətçi, Azərbaycan Avropa Hərəkatının Prezidenti Ramin Hacılının doğum günüdür.
Qaynar.info xəbər verir ki, Ramin Hacılının 31 yaşı tamam olur.
Hacılı Ramin Rasim oğlu 1983-cü il sentyabr ayının 1-də Azərbaycan Respublikası, Füzuli rayonu, Arayatılı kəndində dünyaya gəlib.
Bakı şəhəri, Nizami rayonu 220 saylı orta məktəbi bitirib.
2002-ci ildən 2006-cı ilədək Azərbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyası İşlətmələr fakültəsində Beynəlxalq Siyasi Münasibətlər ixtisası üzrə təhsil alıb.
2002-2004-cü illərdə Rəsulzadə-Elçibəy Ocağında sədr müavini olub.
Dalğa Gənclər Hərəkatının (Dalğa GH) həmtəsisçisi və ilk sədri olub (2005-2006). Dalğa GH-nın təsis etdiyi “Demokratiya Məktəbi”nin direktoru (2007-2008) və təlimçisi olub (2008-2012). ABŞ-ın Demokratiyaya Yardım Fondunun (NED) maliyyə dəstəyi ilə fəaliyyət göstərən “Demokratiya Akademiyası”nın prezidenti vəzifəsini icra edib (2008-2010).
2006-cı il sentyabr - 2013-cü il sentyabr dövrü ərzində Demokratik İslahatlar Partiyası (DİP) Gənclər Təşkilatının sədri və partiyanın Siyasi Şurasının üzvü olub.
Azərbaycan Avropa Hərəkatının Vitse-Prezidenti və Baş Katibi olub (2011 iyun, 2012 fevral). 2012-ci ilin 17 fevral tarixindən etibarən Beynəlxalq Avropa Hərəkatının Azərbaycan nümayəndəliyi olan Azərbaycan Avropa Hərəkatının prezidentidir.
2006-cı ilin sentyabr ayının 17–dən 2010-cu ilin dekabr ayınadək nəşr olunan “Alma” gənclər üçün ictimai–siyasi qəzetinin ideya müəllifidir. Mütəmadi dövrü mətbuatda ictimai-siyasi və analitik yazılarla çıxış edir.
2008-ci ildə Ukraynanın paytaxtı Kiyev şəhərində keçirilən “Dünya Demokratiya Hərəkatı”nın Qurultayında Azərbaycan gənclərini təmsil edib.
2009-cu ildə Türkiyənin Bursa şəhərində keçirilən “Türkiyə, Azərbaycan və Ermənistan münasibətləri” adlı konfransa qatılıb və nüfuzlu media qurumlarında o cümlədən beynəlxalq telekanallarda Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı çıxışlar edib.
2010-cu ilin aprel-may aylarında Amerika Birləşmiş Ştatları (ABŞ) Dövlət Departamentinin "Beynəlxalq Qonaqlar üçün Liderlik” Proqramı çərçivəsində ABŞ-da səfərdə olub.
2010-cu ilin noyabr ayında Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərində 24 saylı Nizami birinci seçki dairəsindən deputatlığa namizəd olub.
2011-ci ildən “Üçüncü GƏLƏCƏK” jurnalının (3GJ.az) təsisçisi və baş redaktorudur.
2012-ci ildə ATƏT-in maliyyə dəstəyi ilə həyata keçirilən “Gənclərin İctimai–Siyasi Fəallığının Artırılması üzrə Regional Təlimlər” layihəsinin koordinatoru olub.
2012-ci ildən Bütöv Azərbaycan Ocaqlarının İdarə Heyətinin üzvüdü.
2013-2014-ci illərdə ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi (AAA) İdarə Heyətinin üzvü olub.
2013-ci ilin iyul, avqust aylarında Malta Respublikasında intensiv ingilis dili təhsili alıb.
2013-2014-ci illərdə ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi (AAA) İdarə Heyətinin üzvü olub.
2013-ci ilin iyul, avqust aylarında Malta Respublikasında intensiv ingilis dili təhsili alıb.
2006-cı ildən etibarən sülh quruculuğu istiqamətində həyata keçirilən layihələrdə aktiv iştrakçı olub. 2013-cü ildə Beynəlxalq Avropa Hərəkatının təşəbbüsü ilə Ermənistanda keçirilən “Dağlıq Qarabağ münaqişəsinin həllində Vətəndaş Cəmiyyətinin rolu” mövzusunda təşkil olunan müzakirələrə Azərbaycan tərəfindən təmsilçi kimi qatılıb.
2014-ci ilin iyun ayından Azərbaycan Ümid Partiyası sədrinin Beynəlxalq Əlaqələr və Strateji Məsələlər üzrə müavini vəzifəsində çalışır.
2014-ci ilin iyul ayından Azərbaycan Diplomatiya Akademiyasının (ADA University) təlimçisi kimi fəaliyyətə başlayıb.
Avropanın siyasi inkişaf tarixi, siyasi sistemlər və ideologiyalar nəzəriyyəsi üzrə mütəxəssisdir.
Qaynar.info





