
Azərbaycan Avropa Hərəkatının prezidenti, Demokratik İslahatlar Partiyasının siyasi şurasının üzvü Ramin Hacılı Demokratik islahatlar Partiyasından istefa verib.
Qaynar.info-nun verdiyi xəbərə görə, bu barədə R. Hacılı özünün facebook sosial şəbəkəsindəki statusunda məlumat yayıb: "Mən Demokratik İslahatlar Partiyası sıralarından ayrıldım. Bu günədək etdiyi bütün dəstəyə və dostluğa görə, Asim Mollazadə başda olmaqla bütün partiyadaşlarıma təşəkkür edirəm.
Hər zaman özümü müstəqil və azad hiss etmişəm, lakin mənim partiya mənsubiyyətimdən istifadə edib fəaliyyətimə maneələr yaradıblar. Bu gündən sonra Azərbaycan Avropa Hərəkatının rəhbəri kimi ictimai fəaliyyətimi davam etdirəcəm. Gələcək siyasi fəaliyyətimlə bağlı isə düşünəcəm."