
Ramin Hacılı: "Cəmiyyət nə qədər böyük işlərlə məşğul olarsa, o qədər fərdi məişəti inkişaf edər"
"Ümid" Partiyası sədrinin Beynəlxalq Əlaqələr və Strateji Məsəslələr üzrə müavini, Azərbaycan Avropa Hərəkatının prezidenti, siyasi xadim Ramin Hacılının Qaynar.info-ya müsahibəsini oxucularımıza təqdim edirik.
- Ramin bəy, bu günlərdə müsahibələrinizin birində demişdiniz ki, başqa millətlərdən olanlarla dostluq edə bilmirsiz. Hətta Azərbaycanın xaricində yaşaya bilmədiyinizi də bununla izah edirsiniz. Bu, Türkiyəyə də mi aiddir?
- Hər kəs bilir ki, mən dəyərlərimə sadiqəm və prinsiplərimdə heç kəsə milli, dini, irqi zəmində ayrı-seçkilik yoxdur. Amma ruhsal olaraq başqa millətlərlə dostluq alınmır. Bir çox əcnəbi tanışlarım var. Lakin bu tanışlıq dostluğa cevrilmir. Baxmayaraq ki, eyni millətdənik, hətta türkiyəlilərlə belə istədiyim kimi dostluq əlaqələrimi asanlıqla qura bilmirəm. Yalnız Güney və Quzey azərbaycanlılarla yaxşı dostluq münasibətim alınır. Ümumən dostlarım mənim istinad nöqtəmdir. Dostlarım mənə rahatlığı, əyləncəni bəxş edən ayrılmaz hissəmdir. Dəfələrlə qısa və uzun müddətli xarici səfərlərdə olmuşam, gəzib-əylənmişəm, görüb-götürmüşəm, lakin yerlərdə ruhsal komfortum - dostluğum olmayıb.
"Millətləri formalaşdıran onların məişətidir"
- Tez-tez Güney-Quzey Azərbaycan ifadəsini işlədirsiniz. Sizin üçün bu gün yaşadığınız Azərbaycan tam deyil?
- Azərbaycan parçalanıb. Quzey Azərbaycan balaca bir hissədir. Böyük bir hissəmiz fars rejiminin işğalındadır. Orada yaşayan insanlar üçün simvollar daha idealist, daha köklüdür. Millətlərin davasında seçdikləri düşmənlər çox vacibdir. Quzey azərbaycanlıların düşməni ermənilərdir. Ona görə biz çox zəif düşürük. Bizim predmetimiz dolma, balaban olur. Çox kiçik şeylərlə məşğul oluruq. Güney azərbaycanlıların dava predmenti isə "fars şovinizmi-molla rejimi" düsturu ilədir. İrandakı rejimin şiəlik pərdəsi altında yürütdüyü siyasət əslində imitasiyadan başqa bir şey deyil və bu dini birliyə yox, digər xalqaların, o cümlədən, güneyli soydaşlarımızın hüquqlarının pzoulmasına hesablanıb. Ona görə də, bütün bunlar güneyli soydaşlarımızı daha hazırlıqlı olmağa məcbur edir. Belə ki, onlar böyük bir sistemə, fars-molla rejiminə qarşı vuruşurlar. Din bu məqamda alət olduğu üçün böyük dəyərlər mübarizəsi gedir. Cəmiyyət isə nə qədər böyük şeylərlə məşğul olarsa, o qədər fərdi məişət inkişaf edər. Millətləri formalaşdıran onların məşətidir.

Fərdlər kiçik dəyərləri seçdiyi zaman məşəti pirmitivləşir, cılızlaşır. Bunu hiss etdikdə həmin fərd özündən iyrənməyə başlayır. Quzey Azərbaycanda bu var. Yəni insanlarımızda, xüsusən öndə olan vətəndaşlarımızda özünə nifrət tendensiysı günü-gündən artmaqdadır. Bunun səbəbi də məişətimizdə mövcud pirimitivizmdir. Bu səbəbdəndir ki, gənclərimizin əksəriyyəti ölkə xaricinə qaçmağın yolunu axtarır. Çünki özünü realizə edə bilmir, özünü vətənində xöşbəxt hesab etmir, ideoloji stimiul boşluğundan əziyyət çəkir. Amma Güney azərbaycanlılar böyük ideoloji savaşın içində özlərini realizə edə bilir. Ölkədən qaçmağı yox, daha çox mübarizə aparmağı düşünürlər. Ordan qaçanların sayı bizə nisbətdə çox azdır. Hansı ki, onların İrandan uzaqlaşma şansları daha çoxdur. Beynəlxalq təşkilatlar onları təbii olaraq daha çox müdafiə edir.
"Elçibəy Azərbaycan xalqına mümkünsüz görünən ideyalar təqdim edirdi"
- Amma bir məqam da var ki, biz SSRİ-yə qarşı döyüşərək qanımız və canımız hesabına müstəqillik əldə etdik. Məhz bizlər meydan hərəkatı ərəfəsində dünyada ilin xalqı seçilmişik, cənubi azərbaycanlılar yox. Amma sizin dedikləriniz bu faktlarla ziddiyət təşkil edir.
- Mən gənclərdən söhbət edirəm və düşünürəm ki, sizin sualınız da indiki gənclərlə bağlı idi. Mən gəncliyin aktivliyini təhlil və müqaisə etdim. Müstəqillik savaşı verənlər artıq gənc nəsil deyil, orta və yaşlı nəsildi.
Digər yandan dünyada insanlar iki yerə bölünür; sıradan insanlar və postinsan adlandıra biləcəyimiz ziyalı kəsim. Birincilər standart həyatlarını yaşayır, ümumi problemləri düşünmür və bəşəri missiya ilə yaşamırlar. İkincilər isə yaşadıqları cəmiyyətin yükünü öz çiyinlərində hiss edirlər, qlobal problemlərin həllinə tovhə verməyə çalışırlar və ən əsası dürüst olmağı əsas şərtləri kimi qəbul edirlər.
Güney Azərbaycanın post insanlarının döyüşdüyü rəqib ideologiyadır. “Fars-şovinizmi” formulasıdır. Necə ki biz də siz qeyd etdiyiniz zaman sovetlərə - ideologiyaya qarşı vuruşurduq və millətləşmə prosesində çox uğurlar qazandıq. Otto fon Bismark deyirdi ki, bir milləti böyük etmək istəyirsənsə, ona özündən böyük ideya verin. Mərhum prezidentimiz Əbülfəz Elçibəy də məhz bu səbəbdən Azərbaycan xalqına mümkünsüz görünən ideyalar təqdim edirdi. O, yaxşı bilirdi ki, belə halda toplumun məşəti pirimitiv olmayacaq və uğurlu fərdlər formalaşacaq.
"Ölkədə fərqli media orqanı - "Alma" qəzeti nümunəsini yaratmışıq"
- Siz Azərbaycan gəncliyinin bu durumdan çıxması üçün nə edirsiniz?
- Mən nümunə olmağa çalışıram. Azad şəkildə addımlar atır, sonradan izah verirəm. Bizdə çox zaman kilassik metod seçilir - əvvəl izah verilir, bu halda qarşı çıxanalarla mübarizə başlayır. Bu metod əsas hədəfdən yayındırıcıdır. O səbəbdən biz qərarlaşdırdığımızı edirik və sonradan müzakirə açırıq. Bu günədək etdiklərimə gəlincə, Demokratiya Məktəbənin tələbələri olmuş 300-dən çox gəncə təlim keçmişəm və fikirlərimi izah etmək imkanından yararlanmışam.

Bundan başqa, Dalğa Gənclər Hərəkatı vasitəsilə cəmiyyətə öz mesajlarımızı verə bilmişik və bu mesajlardan hakimiyyətdəki insanlar belə nəticə çıxarıb. Azərbaycan Avropa Hərəkatı vasitəsi ilə Avropanın inkişafında önə çıxan tərəfləri cəmiyyətə təqdim edə bilmişik. Ölkədə fərqli media orqanı - "Alma" qəzeti nümunəsini yaratmışıq və s. Biz mövcud imkanlarda çox faydalı olmağa çalışmışıq. Hesab edirəm ki, kifayət qədər faydalı ola bilmişik. Hələ yolun başındayıq, daha çox faydalı olmaq üçün çalışmalarımızı bu gün də davam etdiririk.
"Bu cəmiyyətdəki deqradasiyaya və dövlətin biganəliyinə etraz idi"
- Siz müsahibələrinizin birində demişdiniz ki, polislə əməkdaşlıq edirsiniz. Bu əməkdaşlıq hansı sahələri əhatə edir?
- Bilirsiniz ki, ölkəmizdə dini radikalizm surətlə artmaqdadır. Suruyaya döyüşməyə gedən yüzlərlə vətəndaşımız var. Bu səbəbdən dünyəvilik tərəfdarı kimi mən də narahatlığımı dilə gətirdim. Eyni zamanda cənab Prezidentə müraciət edərək bu kimi məsəslələrdə dövlətlə əməkdaşlıq etməyə hazır olduğumu bildirdim.

Xatırlayırsınızsa, həmin dövrdə hətta cəmiyyətə simvolik intihar mesajı vermişdim. Samurayların etdiyi kimi. Bu cəmiyyətdəki deqradasiyaya və dövlətin biganəliyinə etraz idi. O zaman bildirdim ki, insanları maarifləndirmirlər, yeniyetməlik dövrundən boşluğa buraxırlar. Sonra "vəhhabi oldu" deyə həbs edirlər. Olmazmı bunun qarşısı əvvəlcədən alınsın?! Onda mən Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olundum. Mənə deyildi ki, sən bunu problem görürsənsə, problemin həllində iştirak elə. Beləliklə, mən məktəblərə təlimçi kimi getməyə başladım. Bu təlimlər az müddət davam etdi. Çünki tədris ili yekunlaşdı. Sentyabrdan bunu davam etdiməyi düşünürəm. Bu istiqamətdə təkliflər üzərində işləyirəm. Bu sahədə çalışan bir çox QHT var. Onlardan biri kimi mən də bu istiqamətdə dövlətlə əməkdaşlığa can atıram. Yeniyetmələri maarifləndirmək bizim üçün ideal işdi.
Qaynar.info