Xəbər lenti

Ramin Hacılı Rolan Kobia ilə görüşdü
Ölkə09:11 19.04.2013

Ramin Hacılı Rolan Kobia ilə görüşdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Avropa Hərəkatının (AAH) nümayəndələri Avropa Birliyinin Bakı ofisinin rəhbərliyi ilə görüşüb.

Hərəkatın mətbuat xidmətindən Qaynar.info-ya verilən məlumata görə, Birliyin Bakı ofisində baş tutan görüşdə AAH-nın prezidneti Ramin Hacılı, Hərəkatın baş katibi Aygül Cəfərova, Beynəlxalq Əlaqələr üzrə Katib Nəzakət Ağayeva və İdarə heyətinin üzvü Tural Tağıyev, həmçinin Avropa Birliyinin Bakı ofisinin rəhbəri Rolan Kobia, Siyasət, iqtisadiyyat, Mətbuat və İnformasiya şöbəsinin rəhbəri Toralf Pilz, Siyasi Məsələlər üzrə Müşavir Andrey Valentinov, Siyasi Məsələlər üzrə İkinci Katib Ovidiu – Viorel Naftanaila iştirak edib.

Görüşdə AB-nin bakı Ofisi ilə AAH arasında əməkdaşlığın gücləndirilməsi, 1, 2 iyun tarixində Bakıda keçirilməsi planlaşdırılan “Euro Village” (Avropa kəndi) tədbirində AAH-nın yaxından iştirakı, AAH-nın planlaşdırdığı tədbirlərdə Avropa Birliyinin Bakı ofisi ilə əməkdaşlıqların edilməsi razılıq əldə edilib.

Qaynar.info