Xəbər lenti

Xalq artisti səhhətindən danışdı
Ölkə09:37 24.01.2019

Xalq artisti səhhətindən danışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xalq artisti Ramiz Əzizbəylinin səhhətində irəliləyiş var. 
Bu barədə "Report”a açıqlamasında xalq artisti özü bildirib.
"Gördüyünüz kimi artıq danışa bilirəm. Yaxşıyam, sağalmaq üzrəyəm. Evdə müalicəm davam edir. Həkimlər sağ olsun. Bütün millətimi öpüb, bağrıma basıram”, - R.Əzizbəyli əlavə edib.
Qeyd edək ki, xalq artisti R.Əzizbəyli bir neçə ildir iflic, yüksək qan təzyiqi və şəkərdən əziyyət çəkir. Eyni zamanda qanqrenadan əziyyət çəkən xalq artistinin ayağı barmaq hissədən amputasiya olunub.