Xəbər lenti

Ramiz Mehdiyev yığıncaq keçirəcək
Ölkə05:47 16.04.2014

Ramiz Mehdiyev yığıncaq keçirəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) əsas binasının dairəvi zalında Rə­ya­sət Heyətinin 2013-cü ildəki elmi və elmi-təş­ki­la­ti fəaliy­yətinə həsr olunan ümumi yığıncaq keçiriləcək. 

AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən Anspress-ə verilən məlumata görə, tədbirdə ötən il əldə olunmuş nailiyyətlərə dair hesabat dinləniləcək, qarşıda duran vəzifələr, problemlər və gələcək işlərə nəzər salınacaq. 

AMEA-nın elmi müəssisələrinin nailiyyətləri ilə əlaqədar sərgi təşkil olunacaq və bir neçə alimə Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarını daşıyan mükafatlar təqdim ediləcək. 

Yığıncaqda AMEA-nın prezidenti, akademik Akif Əlizadə, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev və nazirliklərin rəhbərləri iştirak edəcəklər.

Qaynar.info