
“ABŞ rəsmiləri bizə təklif etmişdilər ki, Milli Şuranın namizədinə 25 faiz verək, amma özümüzə 74-75 faiz səs götürək. Guya, belə səs faizləri qarşılığında ABŞ Dövlət Departamentinin mövqeyi balanslaşdırılmış olacaq”.
Bunu bir qrup jurnalistə müsahibəsində Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev deyib. Onun sözlərinə görə, nəticələr fərqli olanda ABŞ-ın qiyməti mənfi olmalıydı.
“Nəticə bəllidir. Göründüyü kimi, bu, dost məsləhəti deyil, ciddi xəbərdarlıqdır. Belə çıxır ki, biz şəffaf və ədalətli yox, saxta seçki keçirməliydik”, - Ramiz Mehdiyev deyib.
Qaynar.info