Xəbər lenti

Rasim Balayev öz filminin qalasına gəlmədi - FOTOLAR
Maqazin07:00 07.04.2017

Rasim Balayev öz filminin qalasına gəlmədi - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rejissorluğunu Elvin Əhmədovun etdiyi “Sara” filminin qala gecəsi keçirilib.
"Qaynar" axşam.az-a istinadən xəbər verir ki, Nizami Kino Mərkəzində baş tutan tədbirdə sənət aləminin tanınmış simaları qonaq olublar. Tamaşaçılar arasında millət vəkili Aqil Abbas da yer alıb.
“Sara”da baş rolu canlandıran xalq artisti Rasim Balayevin gecəyə gəlməməsi diqqət çəkib. Rejissor bunun onun səhhətindəki problemlə əlaqədar olduğunu söyləyib.
Filmdə əməkdar artistlər Fuad Osmanov, Qurban İsmayılov, aktrisalar Aysel Nazim, Zarina Qurbanova, keçmiş müğənni Duyğu Dəvəli və başqaları rol alıblar. 
Duyğu Dəvəli tamaşaçılara “Yeni ulduz”yarımasından tanışdır. Ailə qurduqdan sonra sənətdən uzaqlaşan Duyğu indi aktrisa kimi fəaliyyətə başlayıb.
Qala gecədə bir çox xoşagəlməz hallar da yaşanıb. Aktyorlar tədbirə gec qatılıblar. Qonaqlara isə dəvətnamə verilmədiyi üçün, bir çoxları ayaq üstündə qalıblar və məkanı tərk ediblər.
Qaynar.Az